Şəhid xatirəsinə həsr olunmuş turnir başa çatdı — AVMVİB Zəngilan rayon şöbəsi
28 noyabr -10 dekabr 2019- cu il tarixləərdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin təşkilatçılığı ilə «Vətən» futbol məktəbinin meydançasında «Azərbaycan Bayrağı» ordenli, şəhid Rüstəmov Adil Əmrah oğlunun xatirəsinə həsr olunmuş futbol turniri keçirildi.
2005-2007 ci il təvəllüdlü uşaqlar arasında keçirilən Turnirdə 8 komanda iştirak edirdi.
Final oyunu 10 dekabr 2019 cu ildə baş tutdu.
Finalda Qalatasaray – Vətən komandaları qarşılaşdılar. Əsas vaxtda hesab açılmadı. Qapılara 11 metirlik cərimə zərbələri təyin olundu və qalıb 11 metrlik hesabına müəyyən olundu.
Oyun 5-6 hesabıyla Vətən komandasının qələbəsi ilə başa çatdı.
Sonra mükafatlandırma mərasimi keçirildi.
Ilk 3 yeri tutan komandalara medallar və diplomlar təqdim olundu. 6 nominasiya üzrə fərqlənən oyunçulara mükafatlar təqdim olundu.
Tədbir iştirakçılarlna Akif Kərimlinin Zəngilan idmanına aid yazdığı kitablar hədiyyə kimi verildi.
Şəhid Adil Rüstəmovun adına keçirilən turnirin Kuboku şəhidin oğlu Ziya Rüstəmov tərəfindən Vətən komandasının Kapitanına təqdim edildi.
Tədbirdə şəhidin ailə üzvləri, qardaşı Azər Rüstəmov, Rövşən Rüstəmov, oğlu Ziya Rüstəmov, qonaq qismində AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, ehtiyatda olan polkovnik Elmar Hüseyinov, Qazi polkovnik İlham Rüstəmov, Yazıçı Mahir Cavadlı, «Zəngilanın səsi» qəzetinin baş redaktoru Salam Cavadlı və şəhidin döyüş dostları, həmçinin AVMVİB Zəngilan şöbəsinin üzvləri iştirak etdilər.
P.S. Çox təssüf ki, bu möhtəşəm tədbirə ZƏNGİLANLILAR yenə laqeyid yanaşdılar və bu tədbirdə iştirak etmədilər.
Füzilidən, Horadiz şəhərindən Nizami Cəfərov qardaşımız bu tədbirdə iştirak etmək üçün gəlib iştirak elədi.
Masallıdan İlqar adında qardaşımız gəldi və iştirakçı oldu.
Zəngilanlılar isə yenə laqeyidliklərini nümayiş etdirdilər.
Azad Musayev
AVMVİB Zəngilan rayon şöbəsinin sədri