Ruhun şad, məkanın cənnət olsun, cənab polkovnik!
Tarixi tarixiləşdirən və bəşəriyyətin sərvəti edən, onu kişi kimi, igid kimi, ər kimi, ərən kimi yaşayan və ömrünün ən gözəl anlarını bu salnaməni yazmağa sərf edən insanlardı.
Belə qəhrəmanlardan birinin bu gün — 1 dekabr 2019-cu ildə 75 illik yubileyi idi. Polkovnik Əbil Rzayev.
Təpədən dırnağa hərbçi olan, təbii ki, bir hərbçi zabit olaraq vətənpərvər olan, cəsarətli və insanpərvər bir komandirin. Xüsusi Təyinatlı Polis Dəstəsinin ilk komandiri, döyüşçülərini övladları qədər çox sevən və qayğısına qalan işıqlı bir insanın xatirəsinə yığışmışdılar bu gün OMON-çulardı.
Gəncədəki 13-cü rotanın üzvlərindən Azər və Asəf Cəlalov qardaşları, Elçin Zeynalov, Tahir Süleymanov, Rövşən İbrahimov, rotanın Bakıda yaşayan üzvləri, həmçinin Bakı OMON-nun 20-dək üzvü əziz komandirlərinin xatirəsini yad etmək üçün məzarını ziyarət dtdilər, əklil və qərənfillərlə uyuduğu məkanı bəzədilər.
Qəlblərində bənzərsiz, təkrarsız komandirlərinə bitməz sevgi və tükənməz xatirələrlə hüzurda dayandılar. Dastanlara sığmayan bu söz-söhbəti eşitdikcə, «nur içində uyu, əziz komandir, çünki sən özündən sonra xeyirxahlığın və insanlığınla böyük bir işıq seli qoyub getmisən».
Bizlər o işığın əhatəsindəgik hələ də…
Ruhun şad olsun, cənab polkovnik.
Məkanın cənnət olsun!
Əntiqə Qonaq