19.02.2025

Bir payız yağışı və yığışan dostlar…

Çoxdandır ki, Bakıda belə gözəl payız görmürdüm. Bu ilin payızı özünə oxşayırdı.


Uzun illər idi ki, Bakıda payız fəsli mülayım və quraqlıq olurdu. Bu ilki payız fəsli öz simasını göstərməkdədir. Mənə elə gəlir ki, payız fəsillər arasında ən romantik fəsildir. Tək yağışın özu kifayət edir ki, insan duyğulansın.


Ətrafına baxırsan, kimi sevinir, kimi kədərlənir, kimisə fikrə dalır…
Dünən cəbhə yoldaşım Vuqar Bəylərovun müraciətinə əsasən, köhnə döyüş yoldaşlarımla bir- bir əlaqə yaratdım.


Vuqarın cəbhə yoldaşlarının köməyinə ehtiyacı vardı.


Dostlara müraciət etdim. Sağ olsunlar, bir kəlməm bəs etdi. Salman Xudaverdiyev, Şamil Novruzov, Saleh İsmailov birdə özüm, müəyyən sənədlərin surətini çıxarıb, Vuqar Bəylərova verməliydik. Qərarlaşıb bu günə görüş təyin etdik.


Bu gün səhərdən, maşallah, yağış dayanmadan yağırdı.


Evdən çıxıb dayanacağa gələnə qədər yağış elə şiddətləndi ki, sanki təbiət özü bizim görüşumüzə sevinirdi. Maşında yol boyu düşunürdüm, görəsən mənə zəng edib sorusacaqlarmı ki, hardasan?


Axı təbiətin şıltaqlığı döyüş yoldaşlarının görüşünə heç vaxt əngəl olmayıb. Biz əvvəl də, döyüş yoldaşlarımızla xoş münasibətdə olmuşuq, otuz ildən sonra da, bu münasibəti saxlamaqdayıq.


Hamı bir nəfər kimi vaxtından əvvəl görüş yerinə gəlmişdi. Dostlar yığışmışdı. Yağış kimsənin yolunu kəsməmişdi…


İşlərımızi bitirib, pürrəngi cay süfrəsində dərdləşirdik ki, Saleh mövzunu dəyişib psixologiyadan bəhsə başladı. İsmayılovun belə mükəmməl psixologiyanı bilməsi məni çaşdırdı.


Doğrusu, onun kifayyət qədər savadlı biri olduğunu bilirdım. Amma, belə gözəl psixoloq olduğundan xəbərim yox idi.Dostlarla, ömürdən qənimət bildiyimiz bu günümüz də, beləcə mübarək keçdi.


Allahdan sizlərə də, belə gözəl, xeyirli günlər qismət eləsin. Allah bizi uğrunda döyüşdüyümüz Vətən torpaqlarının azadlığında görüşdürsün və bizləri haqqımız olan zəfərlərə qovuşdursun!


Sadiq Qədirli

Müharibə veteranı

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: