26.06.2026

Yardımlıda Silahlı Qüvvələr Günü qeyd olunub

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Yardımlı rayonunda Şəhidlər xiyabanında anım və ehtiram tədbiri keçirilib.

Tədbirdə şəhid ataları, rayon ziyalıları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin əməkdaşları, Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri M. Əliyev, birliyin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları şəhidlərimizin məzarlarını ziyarət edərək şəkilləri önünə gül dəstələri düzüb, onların əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra çıxış edən natiqlər Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şərəfli inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu sahəsindəki tarixi xidmətlərindən və Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərdən bəhs ediblər. Qeyd olunub ki, güclü Azərbaycan Ordusu dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısıdır.

AVMVİB-in Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: