25.06.2026

Ağdaşda Silahlı Qüvvələr Günü qeyd olunub

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən mayor Abdulla Abdullayevin təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Ağdaş rayon şöbəsinin sədri və üzvləri da iştirak ediblər. Çıxışlarda qeyd olunub ki, Azərbaycanda peşəkar və nizami ordu quruculuğunun möhkəm təməli xalqımızın Ümummilli Lideri, uzaqgörən dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulmuş, bu siyasət bu gün də uğurla davam etdirilir.

Tədbirin sonunda Birinci Qarabağ müharibəsi dövründə göstərdikləri şücaətə və Vətən qarşısındakı xidmətlərinə görə bir qrup müharibə veteranı fəxri fərmanlarla təltif olunub.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2026-06-25-at-22-56-38
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: