Təbrik: Füzuli Rzaquliyev — 58

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Ədəb oğlu Rzaquliyevin ad günüdür!
Bəziləri öz döyüş yolunu kəndbəkənd sanayır ki, gözə bir şey görünsün. Amma Füzuli Rzaquliyevin döyüş yolunda rayon adları yetərlidir. Könüllü daxil olduğu «Əfsanəvi Şıx batalyonu»nun ilk zabitlərindən biri olmaq yetərlidir. Daşaltı əməliyyatında ən az itki verən (cəmi 1 şəhid) və kəndə daxil olmağı bacarmış komandir olması yetərlidir. Gülüstanın tam azad olması üçün başladılmış ilk Azad, Kamo, Buzluq, Manaşid, Sarısu əməliyyatlarının qalibiyyətlə başa çatması və Laçının 40-a yaxın kəndinin düşmən işğalından azad edilməsi əməliyyatlarında yaxından iştirak etməsi də bir örnəkdir. Bir faktı deyək ki, Füzuli Rzaquliyev yaralandığı günədək, Daşaltı istisna olmaqla heç bir döyüşü məğlubiyyətlə başa vurmayıb.
Döyüş ləqəbi «Koroğlu» olub və bu adı ona döyüş dostları verib.
Həyatıın böyük hissəsini bu müqəddəs amallara xərcləmiş Füzuli Rzaquliyevi ad günü münasibətiylə təbrik edir, uzun ömür və can sağlığı arzu edirik. İnanırıq ki, Ordumuzun yaradılmasında iştirakçı olan F. Rzaquliyev ilk zabitlərimizdən biri kimi zəfər bayrağımızı tezliklə Xankəndimizə sancanlardan biri olacaqdır.
100 yaşa, komandir!
AVMVİB rəhbərliyi və Veteran.az saytı

Rəsm əsərinin müəllifi məşhur və mərhum rəssamımız Gündüz Əlizadədir.

Kəlbəcərin müdafiəsi
