AVMVİB İsmayıllı rayon şöbəsi bir qrup veteranla ilə görüş keçirmişdir
29 mart 2026-cı il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İsmayıllı rayon şöbəsinin bir qrup veteranı ilə görüş keçirilmişdir. Görüş zamanı veteranların sosial problemləri dinlənilmiş, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Tədbirdə AVMVİB-nin İsmayıllı rayon şöbəsi sədrinin müavini təqdim olunmuş, həmçinin birliyə yeni qəbul edilən üzvlərə üzvlük vəsiqələri təqdim edilmişdir.
Görüş veteranların səmimi, dürüst və obyektiv çıxışları ilə yadda qalmış, qarşılıqlı fikir mübadiləsi şəraitində keçmişdir. Tədbirdə veteranların təklif və müraciətlərinə diqqətlə yanaşılmış, onların sosial müdafiəsi və təşkilati fəaliyyətlə bağlı məsələlər müzakirə olunmuşdur.
AVMVİB-in Mətbuat xidməti
.jpg)
.jpg)
.jpg)