Şəhidimizin Anım Günü qeyd olundu
Bu gün 31.12.2025 Azərbaycan bütövlüyü uğrunda şəhid olmuş Bayramov Firuzun anım günü münasibətilə şəhidlərimizin xatirəsini əziz tutaraq məzarı ziyarət olunmuşdur. Şəhidlərimizin igidliyi, qəhrəmanlığı haqqında qeyd olunmuş və Quran ayələri oxunmuşdur.
Tədbirdə şəhidin ailə üzvləri, kənd sakinləri və AVMVİB Maştağa qazi veteranları iştirak etmişdir. Şəhidin ailəsinə dərin üzüntü ilə başsağlığı verilib. Tədbirdə AVMVİB sədri Fizuli müəllim adından və Vahid müəllim adından başsağlığı verilmişdir.