İsmayıllıda Zəfər Günü münasibətilə Şəhidlər Xiyabanına ziyarət
8 noyabr 2025-ci ildə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İsmayıllı rayon şöbəsinin bir qrup üzvü Zəfər Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib. Şəhidlərimizin ruhuna dualar oxunub, məzarları önünə gül dəstələri qoyulub. Tədbirdə rayon rəhbərliyi, dövlət qurumlarının və ictimai birliklərin nümayəndələri, eləcə də şəhid ailələri iştirak ediblər. Mərasim ümumilikdə yüksək səviyyədə təşkil olunub.
AVMVİB—nun İsmayıllı rayon şöbəsinin sədri Bəylər Həlimli