08.11.2025

Beyləqanda Zəfər Gününün 5 illiyinə həsr olunmuş anım tədbiri

8 Noyabr — Şanlı Zəfərimizin 5 illik yubileyi ərəfəsində Beyləqan rayonunda şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə ziyarətlər davam edir. Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlər xalqımızın qəhrəman oğul və qızlarının Vətən uğrunda göstərdiyi igidlik və fədakarlığın təntənəsinə çevrilib. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, icra hakimiyyətinin nümayəndələri, eləcə də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədr müavini Akif Həsənov, AVMVİB Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov, müharibə veteranları, qazilər və şəhid ailələrinin üzvləri şəhidlərimizin məzarlarını ziyarət ediblər.

Ziyarət zamanı şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub, onların ruhuna dualar oxunub. Çıxış edənlər qeyd ediblər ki, 8 Noyabr Zəfər Günü Azərbaycan xalqının tarixi qürur və şərəf günüdür. Bu möhtəşəm Qələbə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yolunun, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin və xalqımızın sarsılmaz birliyinin nəticəsidir.

Elçin Qədirov

Whats-App-Image-2025-11-07-at-20-46-41

Whats-App-Image-2025-11-07-at-20-46-41-1

Whats-App-Image-2025-11-07-at-20-46-42-1

Whats-App-Image-2025-11-07-at-20-46-42-2

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: