07.11.2025

Maştağada şəhid Novruzov Rəşad Elşad oğlunun Anım Günü keçirildi

Bu gün Maştağa qəsəbəsində Vətən uğrunda canından keçmiş qəhrəman şəhid Novruzov Rəşad Elşad oğlunun Anım Günü qeyd olunub. Tədbir şəhidin doğulduğu qəsəbədə keçirilərək, onun ruhuna ehtiramın daha bir təcəssümü olub. Anım mərasimində AVMVİB Maştağa özək təşkilatının üzvləri, müharibə veteranları, qazilər, şəhid anaları, eləcə də kənd icra nümayəndəliyinin rəhbərliyi, müavinlər, bələdiyyə sədri, məktəb direktorları və müəllim kollektivi iştirak ediblər.

Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər, ruhuna dualar oxunub. Çıxış edənlər Rəşad Novruzovun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan, onun cəsarəti və fədakarlığı ilə ailəsinə, kəndinə, xalqına başucalığı gətirdiyindən danışıblar. Tədbir şəhidin ailəsinə başsağlığı verilməsi və duaların oxunması ilə başa çatıb.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-11-07-at-18-00-01-1
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: