Sumqayıtda Birinci Qarabağ müharibəsinin itkin şəhidinin nəşi torpağa tapşırıldı
Bu gün Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidlərimizdən birinin nəşi doğma şəhərinə gətirilərək torpağa tapşırıldı. Eskhumasiya (ekshumasiya) və müvafiq ekspertiza nəticəsində kimliyi müəyyənləşdirilən Şahhüseynov Lətif Qəribalı oğlunun nəşi Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olundu.
Dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov və digər nümayəndələr, həmçinin AVMVİB Sumqayıt şəhər şöbəsinin rəhbərliyi, şəhər ictimaiyyəti, eləcə də şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. Mərasim iştirakçıları Lətif Şahhüseynovun Vətən uğrunda göstərdiyi fədakarlığı yüksək dəyərləndirərək onun xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıblar.
AVMVİB-in Mətbuat xidməti

