Şəhidi Kərimli İsmayıl Ceyhun məzarı ziyarət olunub

Hərbi Memorial Məzarlıqda 44 günlük Vətən mühairbəsi şəhidi əsgər Kərimli İsmayıl Ceyhun oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.
YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Azərbaycan Vətən Muharibəsi Veteranları İctimai Birliyinin sədri Salman Hüseynov və cəmiyyət üzvləri Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbər heyəti, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, YAP Yasamal rayonu təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin, Yasamal rayon bələdiyyəsinin və Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşları, Nəsimi rayon hüquq mühafizə orqanlarının rəhbər əməkdaşları, şəhid ailə üzvləri, qazilər və rayon ictimaiyyəti şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar. Məzar ziyarətindən sonra şəhidimizin əziz xatirəsi üçün ehsan süfrəsi açılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
AVMVİB Mətbuat xidməti
FOTO: Yavər Məmmədov






