17.10.2025

Hərbi Memorial Məzarlıqda 44 günlük Vətən müharibəsi şəhidləri ziyarət olunub

Hərbi Memorial Məzarlıqda 44 günlük Vətən müharibəsi şəhidləri Həmidağa Hüseynzadə və Rəşad Mikayılzadənin məzarları ziyarət olunub.

44 günlük Vətən müharibəsi şəhidləri Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Həmidağa Hüseynzadə Bağı oğlunun şəhadətinin beşinci ildönümü və əsgər Rəşad Mikayılzadə İlham oğlunun doğum günü münasibəti ilə məzarları ziyarət olunub. Məzar ziyarətlərində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, Azərbaycan Vətən Muharibəsi Veteranları İctimai birliyinin sədri Salman Hüseynov və cəmiyyət üzvləri Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşları, şəhid ailə üzvləri, qazilər, şəhidlərin döyüş yoldaşları və rayon ictimaiyyəti iştirak edib. Şəhid hərbi qulluqçuların Yasamal rayonunda yerləşən Hərbi Memorial Məzarlıqdakı məzarları ziyarət edilib, məzarları önünə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Məzar ziyarətlərindən sonra 44 günlük Vətən müharibəsi şəhidləri Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Həmidağa Hüseynzadə Bağı oğlunun əziz xatirəsinə ehsan süfrəsi açılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Whats-App-Image-2025-09-30-at-18-24-18

Whats-App-Image-2025-09-30-at-18-24-19

Whats-App-Image-2025-09-30-at-18-24-19-1

Whats-App-Image-2025-09-30-at-18-24-20

Whats-App-Image-2025-09-30-at-18-24-21

Whats-App-Image-2025-09-30-at-18-24-21-1

FOTO: Yavər Məmmədov

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: