17.10.2025

Mingəçevirdə Anım Günü münasibətilə tədbir keçirildi

27 Sentyabr – Şəhidlərin Anım Günü ilə əlaqədar olaraq Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mingəçevir şəhər şöbəsi tərəfindən silsilə tədbirlər təşkil edilib. Bu münasibətlə AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Mübariz Rüstəmov və şöbənin üzvləri Mingəçevir Turizm Kollecində keçirilən xatirə mərasimində iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igid oğul və qızlarımızın qəhrəmanlığından bəhs edərək onların ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda göstərdikləri misilsiz şücaətdən danışıblar. Bildirilib ki, şəhidlərimizin qanı bahasına qazanılan bu möhtəşəm Qələbə Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir və bu gün hər bir vətəndaşın qəlbində qürur hissi ilə yaşayır.

Tədbirdən sonra iştirakçılar Mingəçevir Şəhidlər Xiyabanını ziyarət edərək qəhrəman Vətən övladlarının məzarları önünə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar. Ziyarət zamanı şəhid ailələri ilə görüşlər keçirilib, onlara göstərilən yüksək diqqət və ehtiram bir daha ifadə olunub.

AVMVİB-in Mətbuat xidməti

WhatsApp Image 2025 09 28 at 21.35.29 WhatsApp Image 2025 09 28 at 21.34.50 WhatsApp Image 2025 09 28 at 21.33.25 (1) WhatsApp Image 2025 09 28 at 21.33.25 WhatsApp Image 2025 09 28 at 21.33.24 (1) WhatsApp Image 2025 09 28 at 21.33.24
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: