17.10.2025

Maştağada şəhid Bəhruz Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi

Sentyabrın 28-də Maştağa qəsəbəsində Vətən uğrunda canından keçən qəhrəman şəhid Əliyev Bəhruz Elman oğlunun anım günü münasibətilə tədbir keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Maştağa özəyinin sədri və üzvləri, qazi və veteranlar, kənd ictimaiyyəti nümayəndələri, eləcə də Maştağa qəsəbəsi 187 nömrəli məktəbin kollektivi iştirak ediblər.

Anım mərasimi şəhidin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca çıxış edənlər Bəhruz Əliyevin keçdiyi şərəfli döyüş yolundan, vətənpərvərliyindən və göstərdiyi igidlikdən danışaraq onun xalqımız üçün qəhrəmanlıq simvoluna çevrildiyini vurğulayıblar. Qeyd olunub ki, Bəhruz Əliyev kimi mərd oğulların qanı bahasına bu gün Azərbaycan öz torpaqlarında əmin-amanlıq və qalib ölkə statusu ilə yaşayır və şəhidlərin ruhuna ən böyük ehtiram onların mübarizəsini davam etdirmək, azad və güclü Azərbaycanın inkişafı üçün çalışmaqdır.

Şəhidin ailə üzvləri tədbirin təşkilinə görə iştirakçılara minnətdarlıqlarını bildirərək, dövlətin və cəmiyyətin diqqət və qayğısını daim hiss etdiklərini vurğulayıblar.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-09-28-at-17-59-21

Whats-App-Image-2025-09-28-at-17-59-21-1

Whats-App-Image-2025-09-28-at-17-59-22

Whats-App-Image-2025-09-28-at-17-59-22-1

Whats-App-Image-2025-09-28-at-17-59-22-2

Whats-App-Image-2025-09-28-at-17-59-22-4

Whats-App-Image-2025-09-28-at-17-59-22-5

Whats-App-Image-2025-09-28-at-17-59-23

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: