17.10.2025

Beyləqanda 27 sentyabr – Anım Günü münasibətilə tədbir keçirilib

27 sentyabr – Anım Günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Beyləqan rayon şöbəsinin üzvləri şəhidlərimizin əziz xatirəsini yad etmək üçün Beyləqan rayon Şəhidlər Xiyabanında toplaşıblar. Tədbir zamanı Vətən uğrunda canından keçmiş igid oğul və qızlarımızın məzarları ziyarət olunub, onların ruhuna dualar oxunub və məzarları üzərinə tər qərənfillər düzülüb.

Anım mərasimində AVMVİB sədr müavini Akif Həsənov, Beyləqan rayon şöbəsinin sədri Əlövsəd Məmməd, müharibə veteranları, qazilər, şəhid ailələrinin üzvləri və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər şəhidlərimizin qəhrəmanlığından, onların vətənimizin müstəqilliyi və torpaq bütövlüyü uğrunda göstərdikləri misilsiz fədakarlıqlardan söz açıblar.

Tədbirdə vurğulanıb ki, 27 sentyabr tarixi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində xüsusi yer tutur və bu günün qeyd edilməsi şəhidlərimizin əziz xatirəsinə olan dərin hörmətin ifadəsidir. Onların igidliyi və mübarizəsi bu gün azad və müstəqil Azərbaycanda yaşamağımızın əsas səbəbidir və bu müqəddəs amal gələcək nəsillərə örnək olacaq.

Qarabağ bölgə müxbiri Elçin Qədirov

WhatsApp Image 2025 09 27 at 21.17.13 (2) WhatsApp Image 2025 09 27 at 21.17.13 (1) WhatsApp Image 2025 09 27 at 21.17.13 WhatsApp Image 2025 09 27 at 21.17.12 (1) WhatsApp Image 2025 09 27 at 21.17.12 WhatsApp Image 2025 09 27 at 21.17.11
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: