Tərtərdə 27 sentyabr-Anım Günü ilə əlaqədar Şəhidlər Abidə Kompleksi ziyarət edilib

Sentyabrın 27-si səhər saatlarından başlayaraq respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da anım mərasimləri keçirilir. Şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, eləcədə rayon sakinləri Şəhidlər Abidə Kompleksini ziyarət edir, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi ehtiramla anılır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanları rəhbərləri, AVMVİB (Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin) — Tərtər Rayon Şöbəsi Sədri Çingiz İsayev, Sədr Müavini Elçin Yusibov, və şöbənin üzvləri olan Şəhid ailələri, Qazilər, Müharibə Veteranları iştirak ediblər.
Sonra 27 sentyabr-Anım Gününə həsr edilmiş məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Qarabağ bölgə müxbidi Elçin Qədirov




