Şəhid Famil Əhmədzadənin mövludu İsmayıllıda qeyd olundu

23 sentyabr 2025-ci il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İsmayıllı rayon şöbəsinin bir qrup üzvü şəhid baş leytenant Famil Əhmədzadənin mövlud mərasimində iştirak ediblər.
Tədbir zamanı qəhrəman şəhidin xatirələri anılıb, onun vətənə göstərdiyi fədakarlıq xüsusi vurğulanıb və ruhuna dualar oxunub. Görüşdə rayonun bir sıra şəhid valideynləri, məktəblilər, həmçinin rayon rəhbərliyinin nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, mərasim yüksək təşkilatçılıqla keçirilib və şəhidin əziz xatirəsinə dərin ehtiram nümayiş olunub.



