17.10.2025

AVMVİB Yasamal rayon şöbəsinin kollektivi şəhdilərimizi ziyarət etdi

Bu gün II Fəxri Xiyabanda Yasamal rayon şəhidi baş leytenant Əliyev Vəliyullah Elmanoviç və şəhid Hüseyin Faiq oğlu Novruzzadənin 2-ci anım günü tədbiri keçirildi. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri, Yasamal Rayon Bələdiyyəsinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov, cəmiyyətin üzvləri, rayon ictimaiyyəti və şəhidin ailə üzvləri iştirak etdilər.

Əvvəlcə şəhidin məzarı ziyarət olundu, məzarı önünə güllər qoyuldu və ruhuna dualar oxundu. Daha sonra çıxış edənlər şəhidin həyat yolundan və onun göstərdiyi qəhrəmanlıqdan danışaraq, gənc nəslin belə igidlərdən örnək götürməsinin vacibliyini vurğuladılar.

Sonda şəhidin atası tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirərək, övladının xatirəsinin daim əziz tutulmasından qürur duyduğunu qeyd etdi.

Lokal xarakterli anti teror əməliyyati zamanı şəhadətə ucalmış şəhidlərimizi hörmətlə anırıq.

AVMVİB-in Mətbuat xidməti

FOTO: Yavər Məmmədov

Whats-App-Image-2025-09-19-at-15-13-05

Whats-App-Image-2025-09-19-at-15-15-21

Whats-App-Image-2025-09-19-at-15-15-21-1

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: