Yasamalda şəhid Elvin Salahovun mövludu keçirildi

Bu gün, 17 sentyabr 2025-ci il tarixində Yasamal rayonunun igid oğlu, Vətən uğrunda canından keçmiş şəhid Salahov Elvin Sabir oğlunun mövludu qeyd olundu.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri, Yasamal Rayon Bələdiyyəsinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov, cəmiyyətin üzvləri, rayon ictimaiyyəti və şəhidin ailə üzvləri iştirak etdilər.
Əvvəlcə şəhidin məzarı ziyarət olundu, məzarı önünə güllər qoyuldu və ruhuna dualar oxundu. Daha sonra çıxış edənlər şəhidin həyat yolundan və onun göstərdiyi qəhrəmanlıqdan danışaraq, gənc nəslin belə igidlərdən örnək götürməsinin vacibliyini vurğuladılar.
Sonda şəhidin atası Sabir Salahov tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirərək, övladının xatirəsinin daim əziz tutulmasından qürur duyduğunu qeyd etdi.
AVMVİB-in Mətbuat xidməti
FOTO: Yavər Məmmədov




