17.10.2025

AVMVİB kollektivi Bakı Türk Şəhidliyi ziyarət etdi

Bu gün sentyabr ayının 15-i – Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakı şəhərini erməni daşnaklarından azad edilməsi günüdür. Qeyd edək ki, bu tarixi gün ilə əlaqədar olaraq, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin kollektivi geniş tərkibdə tədbir keçirmişdir. Tədbir çərçivəsində Şəhidlər Xiyabanında yerləşən Bakı Türk Şəhidliyi ziyarət olunmuşdur. Ziyarət çərçivəsində türk şəhidlərinin xatirəsini əbədiləşdirən abidə önünə əklillər qoyulmuş, şəhidlərin ruhuna dualar oxunmuşdur.

Vahid Abdurəhmanov əlavə etmişdir ki, 1918-ci ilin o qanlı günlərində xalqımız böyük faciələrlə üz-üzə idi. Mart soyqırımı zamanı minlərlə günahsız azərbaycanlı qətlə yetirilmiş, şəhərimiz işğal altında qalmışdı. Lakin xalqımız ümidini itirmədi. Bu çətin zamanda qardaş Türkiyə köməyə gəldi. Nuru Paşa və onun igid əsgərləri Azərbaycan könüllüləri ilə çiyin-çiyinə döyüşərək qanı, canı bahasına Bakını xilas etdilər. Bu qələbə təkcə hərbi zəfər deyildi – bu, türk və azərbaycan xalqlarının qardaşlıq dastanı idi.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Birinci müavini Vahid Abdurəhmanov tədbirdə bu günün əhəmiyyətindən danışaraq bildirmişdir ki, bu gün biz Azərbaycan tarixinin şanlı səhifəsini – 1918-ci ilin 15 sentyabrını böyük qürurla xatırlayırıq. Həmin gün Nuru Paşanın komandılığı ilə Qafqaz İslam Ordusu Bakını erməni daşnak-bolşevik birləşmələrinin işğalından azad etdi. O qeyd etmişdir ki, 15 sentyabr zəfəri göstərdi ki, biz eyni kökdən gəlirik, eyni amal uğrunda döyüşürük və birlikdə hər çətinliyin öhdəsindən gələ bilirik. O gün qoyulan təməl bu gün də Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz dayağıdır. Biz bu gün burada həmin qəhrəmanların – türk və azərbaycanlı şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad edirik. Onların canı, qanı bahasına biz bu torpaqlarda azad və müstəqil yaşayırıq. Qoy 15 sentyabrın qəhrəmanlıq ruhu daim bizimlə olsun, gələcək nəsillərə yol göstərsin!
Sonda ziyarətçilər xatirə fotoları çəkdirmişlər.

AVMVİB-in Mətbuat xidməti

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-09-15-at-17-21-19

Whats-App-Image-2025-09-15-at-17-21-20

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: