08.09.2024

Veteranlar Bayraq günü tədbirində iştirak ediblər

AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayevin verdiyi məlumata görə rayon şöbəsinin üzvü olan müharibə veteranları, 160 saylı Liseydə 10-cu sinif şagirdlərinin Bayraq günü münasibəti ilə hazırladıqları möhtəşəm tədbirdə iştirak ediblər.


Məktəblilərin hazırladıqları ədəbi — bədii kompozisiyalar alqışlarla qarşılanıb. Şagirdlərin ifasında şerlər, mahnılar səsləndirilib.


AVMVİB Zəngilan rayon şöbəsinin sədri A. Musayev, tədbirin çox möhtəşəm keçdiyini qeyd edib. Vetreranlar, tədbirin təşkilatçılarına və onları dəvət etdikləri üçün Lalə İsmayıla və qızlarına təşəkkür bildiriblər.



https://www.facebook.com/azad.musayev.9/videos/2718366071558674/?t=4


N. Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: