31.07.2025

Maştağada şəhid Mehdi Sultanovun Anım mərasimi keçirilib

2025-ci il iyulun 29-da Abşeronun qədim tarixinin tədqiqatçısı Ağamehdi Hadinin təşəbbüsü ilə Maştağada Vətən müharibəsi şəhidi Mehdi Bahadır oğlu Sultanovun anım günü qeyd olunub. Ənənəyə uyğun olaraq, şəhidin məzarı ziyarət edilib, onun xatirəsi ehtiramla yad edilib.

Anım tədbirində şəhidin ailə üzvləri, yaxınları və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Maştağa özəyinin sədri Mustafa Mustafayev iştirak ediblər. Tədbir zamanı AVMVİB sədri Fizuli Rzaquliyev, sədrin birinci müavini Vahid Abdurəhmanov və Sabunçu rayon şöbəsinin sədri Ramiz Musayevin adından ailəyə başsağlığı çatdırılıb.

Şəhidin məzarı önündə Quran ayələri oxunub, ruhuna dualar edilib. Ziyarətçilər eyni zamanda digər şəhidlərimizi də ziyarət edib. Onların da ruhuna dualar oxunub. Allah rəhmət etsin!

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-07-29-at-16-26-10

Whats-App-Image-2025-07-29-at-16-26-11

Whats-App-Image-2025-07-29-at-16-26-11-1

Whats-App-Image-2025-07-29-at-16-26-11-2

Whats-App-Image-2025-07-29-at-16-26-11-4

Whats-App-Image-2025-07-29-at-16-26-12

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: