AVMVİB sədrindən bayram təbriki
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü — Azərbaycan Respublikasının rəsmi dövlət bayramı. 2009-cu ildən etibarən noyabr ayının 9-da qeyd olunur. Qeyd olunma tarixi isə 1918-ci ilin 9 noyabrında AXC tərəfindən Azərbaycan bayrağının dövlət bayrağı kimi qəbul edilməsi əsasında təyin edilmişdir.
Azərbaycan bayrağının dəyişməsi məsələsi qaldırıldı. 1918-ci il noyabrın 9-da Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında qərar qəbul edildi:
Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarışı:
Eşidildi: Nazirlər Şurası sədrinin Milli bayraq haqqında məruzəsi.
Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin.
ABŞ veksilloloqu Uitni Smitə görə bayrağın müəllifi Əli bəy Hüseynzadə idi. 1907-ci il iyul ayının 10-da Bakıda Hüseynzadənin nəşr etdiyi “Füyuzat” (bolluq, bərəkət mənasındadır) jurnalındakı bir məqaləsində «türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı» kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: “türk qanlı, islam imanlı, Avropa mədəniyyətli”.
Üzeyir Hacıbəyov Azərbaycan Xalq Cümhuriyyətinin 1 illiyinə həsr olunmuş «Bir yaş» adlı məqaləsində milli bayraqdakı rənglərin mənasına toxunaraq deyirdi: «Mavi rəngi türklüyə, yaşıl rəngi islamlığa və al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur».
Bu gün Bayraq Günüdür.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev bu gün münasibətiylə xalqımıza veteranlar asdından təbrik ünvanlayıb. Təbrikdə deyilir: «Bu gün müqəddəs bir gündür. Bayraq dövlət və millət olmanın bir simvoludur. Bu gün bizim günümüz. Düşünmədən, qorxmadan bu bayraq uğrunda öz canını ortaya qoyan insanların günüdür. Bu gün bayrağımız enməsin deyə canını fəda etmiş şəhidlərimizin günüdür.
Xatırladım ki, Azərbaycan prezidenti cənab lham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur. Prezident həmçinin Dövlət Bayrağı günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərmiş və Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edərək Dövlət Bayrağı günü qeyri-iş günü hesab etmişdir. Həmin vaxtdan Dövlət Bayrağı günü ölkəmizdə coşquyla qeyd olunur və bu da bir ilk kimi, məhz cənab Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır. Bu addımı, ölkə əhalisinin Bayraq sevgisinə böyük bir töhfə hesab etmək olar.
Bu müqəddəs gün münasibətiylə başda cənab Ali Baş Komandan İlham Əliyev olmaqla, bütün zabit və əsgərlərimizi, veteran və şəhid ailələrini, ümumiyyətlə bu Bayrağı öz canı kimi sevən hər kəsi təbrik edirəm. Arzum budur ki, bu Bayrağı Ali Baş Komandanın dediyi bütün tarixi torpaqlarda dalğalandıraq.
Müharibə veteranları olan qardaşlar, bu gün bizim günümüzdür. Bayraq və Torpaq deyərək savaşa atılarkən, son arzunuz olan tabutumuzun örtüsü olan bir Bayrağın günüdür. Bayramınız mübarək!
Diziniz yalnız bu bayraq önündə qatlansın, başınız, yalnız bu bayraq önündə əıyilsin!
Tanrı Millətimizi, Bayrağımızı və Ali Baş Komandanımızı qorusun!»