Şəhid Nəsrulla Sədaqət oğlu Muradovun Anım Günü keçirildi

2025-ci il iyulun 22-də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Sabunçu rayonunun Maştağa qəsəbəsi üzrə özəyinin təşkilatçılığı ilə 1997-ci il iyulun 22-də Qarabağ torpaqlarında şəhid olmuş Maştağa sakini Nəsrulla Sədaqət oğlu Muradovun anım mərasimi keçirilmişdir.
Tədbirə AVMVİB-in Maştağa üzrə özək sədri Mustafa Mustafayevin rəhbərliyi ilə qazilər və müharibə veteranları qatılmış, şəhidlər xiyabanında şəhidin məzarı ziyarət edilmişdir. Ənənəyə sadiq qalınaraq Sədaqət Muradovun və eyni məzarlıqda uyuyan digər igid Vətən övladlarının ruhuna Quran tilavəti olunmuş, müstəqil və qüdrətli Azərbaycanın inkişafı naminə dualar oxunmuşdur.
Ziyarət zamanı iştirakçılar, həmçinin həmin ərazidə ucaldılmış və 1918-ci ildə Azərbaycanın istiqlalı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinə həsr olunmuş xatirə abidəsi önünə gül dəstələri düzmüşlər.
Məzarları nurla dolu, xatirələri qəlblərdə əbədi yaşayan şəhidlərimiz bir daha ehtiramla yad edilmişdir.
AVMVİB-in Mətbuat xidməti




