30.04.2025

Şəhid Fətullayev Rafail Rüfət oğlunun Anım Günü keçirildi

AVMVİB-nin Neftçala rayon şöbəsi, bu gün Şəhid Fətullayev Rafail Rüfət oğlunun CƏNNƏT MÖVLUDU münasibət ilə Rüfət atanın başına toplanmışdıq. Qonaqlar içində İlahiyyətçi Hacı Mirseymur ağa, Hacı Vüsal, AVMVİB-nin Neftçala rayon şöbəsinin üzvüləri, rayonumuzun Şəhid ailələri və Neftçala sakinləri də var idi.
Öncə Bankə qəsəbəsindəki Şəhidlər bağı ziyarət edildi, sonra Neftçalanın Şəhidlər məzarına gedərək həmi Şəhid Rafail və onunla birgə dəfin olunan Şəhidlərimizi ziyarət etdik. Ruhlarına dualar oxundu.
AVMVİB-nin Neftçala rayon şöbə sədri Mübariz Eldar oğlu AVMVİB sədri Füzuli Razaquliyevin adından və bütün üzvüləri adından şəhid ailələrinə salamlarını catdırdı və Novruz Bayramı münasibəti ilə təbrik etdi.
Sonda xatirə şəkli çəkildi.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsi və “Qocalar Döyüşə Gedir” qrupu adından ailəsinə və yaxınlarına səbr diləyirik.


Mübariz Eldar oğlu
AVMVİB-nin Neftçala rayon şöbə sədri və
«Veteran az” qəzetinin Şirvan-Salyan regional muxbiri.

Whats-App-Image-2025-03-22-at-14-35-34

Whats-App-Image-2025-03-22-at-14-35-34-1

Whats-App-Image-2025-03-22-at-14-35-34-5

Whats-App-Image-2025-03-22-at-14-35-35

Whats-App-Image-2025-03-22-at-14-35-35-1

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: