AVMVİB-nin Neftçala rayon şöbəsində“Salam olsun Şəhidlərə” stolüstü tennis idman yarışı keçirilib

Bu gün 07. Fevral. 2025 – ci il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbəsi Şəhidlərin xatirəsinə həsr edilmiş “Salam olsun Şəhidlərə” adlı stolüstü tennis idman yarışının açılışı keçirildi.
Bu tədbirin vaxtı təsadüfən secilməmişdir. Bu gün yəni 7 Fevral eyni zamanda Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun doğum günüdür. Azərbaycan gəncləri Şəhidlərimizin ruhunu daim yüksək tutmaq və Mubariz İbrahimov kimi mərd, igid olaraq yetişdirmək, məhz biz Qazilərin qarşısında olan vəzifə borcdr. AVMVİB sədri Füzuli Rzaquliyev və təşkilatı məsələr üzrə müavin Vahid Abdurahmanovun rayon təşkilat sədirlərinin qarşısnda bu və buna bənzər bir cox tapşırıqları vardır.
Tədbir Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi Neftçala rayon Bankə Qəsəbəsi Mədəniyyət evində keçirilir.
Tədbirdə Neftçala rayon Vətən müharibəsi iştirakçıları, Bankə qəsəbəsinin dini xadimi Allahqulu ağa, Qazi və turnirin hakimi Həsənov Nizami İmran oğlu və Bankə qəsəbəsinin sakinləri işirak edirdilər.
Tədbirin açılışı Bankə Şəhidlər kompleksində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın süverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edərək ruhlarına dualar oxundu.
Tədbirdə ilk söz Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsinin sədri Mübariz Eldar oğlu Hüseynova verildi.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB ) Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, müharibə veteranlarını öz ətrafında birləşdirən içtimai təşkilat kimi 1994 -cü ildən fəaliyyət göstərir.
Hazırda AVMVİB sədri Füzuli Rzaquliyev başda olmaqla təşkilatın sıralarında 90 mindən çox üzvü var.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) yarandığı gündən dövlətçiliyimizi, müdrük dövlət xadimi ümummilli lider Heydər Əliyevin və onun davamçısı, müzəffər ali baş komandan Prezident İlham Əliyevin siyasətini daim dəstəkləyən ictimai təşkilat kimi fəaliyyət göstərir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi bir aparıcı təşkilat olaraq gördüyü işlər, Azarbaycanda baş verən hadisələr və dünyada baş verən hadisələr barəsində Fədai. az, Veteran. az adlı internet mətubatında, o cümlədən «Veteran TV» internet televiziyasında yayımlayır.
“Bu yarışda iştirak edən 16 nəfər iştirakçı bizim üçün qalib gənclərdirlər, çünki bu oyun Şəhidlərimizin adına həsr olunmuş bir turnirdir”
Sonra söz Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi Neftçala rayon Bankə Qəsəbəsi Mədəniyyət evin təşkilatçısı və turnirin hakimi Həsənov Nizami İmran oğluna verildi.
Qonaqları salamlayan Nizami müəllim təşkilatçılığa görə AVMVİB sədri Füzuli Rzaquliyev başda olmaqla bütün üzvülərinə dərin minnətdarlığını bildirdi. Gənclərə oyunda uğurlar dilədi. Onlara da bu oyuna qatıldıqları üçün təşəkkürünü bildirdi.
Tədbirin ilk hissəsindən sonra oyun başladı. Oyunu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbə sədri Mübariz Eldar oğlu Hüseynov “Biz Şəhidlərin yadigarıyıq, Şəhidlər ölməz Vətən bölünməz” deyərək Bankə Qəsəbəsi Mədəniyyət evinin təşkilatçısı və turnirin hakimi Həsənov Nizami İmran oğlu ilə qısa oyun oynayaraq yarışın başlanmasına start verdilər.
Tədbirlərimizə hər zaman mənəvi dəstək olan və bu turnirin təşkilatçısı Bağırov Murad Səfadər oğluna (AVMVİB) Neftçala rayon şöbəsi adından TƏŞƏKKÜR edirik.
Mübariz Eldar oğlu — AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Veteran az” qəzetinin Şirvan-Salyan regional muxbiri.







