05.01.2025

AVMVİB sədri xalqımızı Dünya Azərbaycanlılarının həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik etdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev xalqımızı, o cümlədən şəhid ailələrini, müharibə veteranlarını, müharibə əlillərini və qazilərimizi Dünya Azərbaycanlılarının həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik etmişdir. Təbrikdə deyilir:

«Əziz həmvətənlərim!

Şanlı Azərbaycanımızın şərəfli tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərimizin qüruru ilə, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının müdrik rəhbərliyi altında yeni-yeni nailiyyətlərə doğru inamla addımlayan xalqımızı, xüsusilə də şəhid ailələrimizi, müharibə veteranlarımızı, qazilərimizi və müharibə əlillərimizi, habelə təşkilatımızın bütün silahdaşlarını 31 Dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm!

Suverenliyi bərpa olunmuş müstəqilliyi əbədi Azərbaycanımızın qəhrəman oğul və qızlarının rəşadəti sayəsində bu gün ölkəmiz regionun ən güclü dövlətinə çevrilmişdir. İşğaldan azad edilmiş torpaqlarımızda aparılan nəhəng quruculuq işləri, Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsi və Zəngəzur dəhlizinin reallaşması istiqamətində atılan əzmkar addımlar gələcəyə olan inamımızı daha da artırır.

2025-ci ilin xalqımıza yeni-yeni uğurlar, rifah və əmin-amanlıq gətirməsini arzulayıram. Qoy bu il hər bir azərbaycanlı ailəsinə xoşbəxtlik və sevinc bəxş etsin! Ən böyük arzumuz isə növbəti Yeni ili Zəngəzur dəhlizində, bütün dünya azərbaycanlıları ilə birlikdə qarşılamaqdır!

Milli birliyimiz əbədi, dövlət müstəqilliyimiz daimi olsun!

Bayramınız mübarək!»

Füzuli Rzaquliyev,
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri

AVMVİB-in Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: