AVMVİB rəhbərliyi və kollektivi Zəfər Bayramı ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib
Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, həmçinin AVMVİB-in Bakı və Bakıətrafı şöbələrinin sədrləi və üzvləri, o cümlədən AVMVİB-in bir neçə rayon şöbəsinin sədrləri və üzvləri 8 Noyabr — Böyük Zəfər Günü ilə əlaqədar torpaqlarımızın müdafiəsi uğrunda, habelə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərlərdə şəhidlik zirvəsinə yüksəlmiş Vətən fədailərinin məzarını ziyarət etmişlər.
44 günlük Vətən müharibəsi dövründə və Vətənimizin suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidləri yad edən veteranlarımız onların məzarı önünə gül-çiçək dəstələri düzmüş, ruhlarına dualar oxumuş, xatirələrini bir dəqiqəlik sükutla yad etmiişlər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Şanlı Zəfər Gününün Azərbaycan xalqının qürur günü olduğunu bildirmiş, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını, onların qəhrəmanlıqlarının Azərbaycan xalqının milli-mənəvi dəyəri olaraq bütün millətin iftixarı kimi səciyyələndirmişdir.
Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.
Allah şəhidlərimizə rəhmət etsin!
AVMVİB Mətbuat xidməti