14.12.2024

İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısı

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

          AVMVİB Neftçal Şöbəsi İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısını təqdim edir.

                              Müharibənin 25 — ci günü

          Mübariz Eldar oğlu, AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Vetran az” qəzetinin Şirvan-Salyan regional muxbiri.

*************************

                Şükür Nəriman oğlu Həmidov (1 aprel 1975, Armudlu, Qubadlı rayonu – 22 oktyabr 2020[1], Qubadlı rayonu) — Azərbaycan hərbçisi, Azərbaycanın Milli Qəhrəmanı (2016), Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun Komandir müavini, İkinci Qarabağ müharibəsi şəhidi.

            Şükür Həmidov 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən «Lələtəpə» strateji nöqtəsinin alınması zamanı xüsusilə fərqlənmiş, buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. O, son 17 il ərzində sağlığında bu ada layiq görülən birinci şəxs oldu.

          Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan İkinci Qarabağ müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə savaşıb, oktyabrın 22-də isə doğulduğu və 18 yaşında didərgin düşdüyü Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuşdur.      

******

                   Ramiz Vaqif oğlu Qasımov (17 fevral 1975, Jdanov – 22 oktyabr 2020, Bakı) — Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli pilot, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

            2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsinin birinci saatlarında «SPAYK» uzun mənzilli raketlərilə silanlanan «Mi-17» hücum vertolyotu ilə cəbhənin Tərtər-Madagiz-Talış istiqamətlərində Ermənistan Ordusunun strateji əhəmiyyətli hədəflərini məhv edən birinci pilotlardan idi.

          Hərbi hədəflərin məhv edilməsindən sonra Ramiz Qasımovun idarə etdiyi «Mi-17» hücum vertolyotu geri dönən zaman Tərtər rayonunun Azad Qaraqoyunlu istiqamətində olan zaman Ermənistan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının (HHM) bölmələri tərəfindən vurulmuşdur. Ramiz Qasımov dərhal bortda olan digər 2 nəfər heyət üzvünə vertolyotdan «atılma» əmrini vermişdir. Özü isə «Mi-17» hücum vertolyotunun yaşayış evlərinə düşməməsi üçün boş sahəyə tərəf istiqamətləndirməyə başlamışdır. Nəticədə Ramiz Qasımov vertolyotla yaşayış məntəqəsindən uzağa, boş sahəyə istiqamətlənməyi bacarmışdır. Özü son anda paraşütlə vertolyotdan atılsa da, başından ağır zərbə almışdır. Koma vəziyyətində 25 gün qalandan sonra oktyabrın 22-də həlak olmuşdur.      

*****

                  Hüseyn Abbasəliyev 22 oktyabr 2000-ci ildə Mingəçevirdə anadan olmuşdur.

Hüseyn Abbasəliyev 23 oktyabr 2018-ci il — 29 mart 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.

         Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Hüseyn Abbasəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Süqovuşanın azadlığı uğrunda gedən döyüşlər də iştirak edərək, 2020-ci il sentyabrın 29-da qəhrəmancasına şəhid olmuşdur.    

       Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsi və “Qocalar Döyüşə Gedir” qrupu adından ailəsinə və yaxınlarına səbr diləyirik.

******

                   Bəşir Abbasov 22 oktyabr 1998-ci ildə Quba rayonunda anadan olmuşdur. Hacıbaba Əliyev adına Qusar rayon 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi.

Bəşir Abbasov 2016-2017-ci illərdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Bəşir Abbasov hərbi xidmətini bitirdikdən sonra müddətdən artıq hərbi xidmət etmiş və Xüsusi Təyinatlı Qüvvələrin Qusar rayonunda yerləşən «N» saylı hərbi hissəsində xidmətini davam etdirmişdir.

          Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Bəşir Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Bəşir Abbasov 8 oktyabr 2020-ci ildə Füzuli rayonunun Alxanlı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.      

*******

                     Xəqani Bayramov 1990-cı il noyabrın 17-də Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. Ailəli idi. Bahar adlı qızı və Rəsul adlı oğlu yadigar qaldı.

         Azərbaycan Ordusunun giziri olan Xəqani Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Bayramov oktyabrın 21-də Qubadlı döyüşləri zamanı şəhid olub.     

*****

                 Hüseyn Bəşirzadə 28 may 1994-cü ildə Lənkəran rayonunun Qumbaşı kəndində Xanhüseyn Bəşirov və Laləzar Bəşirovanın ailəsində anadan olmuşdur. Lənkəran rayon Qumbaşı kənd tam orta məktəbində təhsil almışdır. Subay idi.

          Hüseyn Bəşirzadə bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra sənədlərini Dövlət Sərhəd Xidmətinə vermişdir.

            2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Hüseyn Bəşirzadə səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır.

             Azərbaycan Ordusunun əsgəri olan Hüseyn Bəşirzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Hüseyn Bəşirzadə 21 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 23 oktyabr tarixində Lənkəran rayonunun Qumbaşı kəndində dəfn olunmuşdur.   

******

                  Elçin Cəbrayılov 1982-ci il yanvarın 10-da Sumqayıt şəhərində anadan olub.

             Azərbaycan Ordusunun kiçik çavuşu olan Elçin Cəbrayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Cəbrayılov oktyabrın 21-də Füzuli döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.     

*****

                Adil Əfəndiyev 1995-ci il avqustun 12-də Qazax rayonunda anadan olub. 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb.

          Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin leytenantı olan hərbi tibb qulluqçusu Adil Əfəndiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə feldşer olmamasına baxmayaraq yaralanan hərbçilərə yerindəcə yardım edib. Adil Əfəndiyev oktyabrın 21-də Şuşa döyüşləri gedişatında həmin istiqamətdə strateji yüksəkliklərin azad olunması zamanı Xocavənd rayonunun Tuğ kəndində polkovnik-leytenant Anar Əliyev ilə birgə şəhid olub. Oktyabrın 25-də Qazax rayonunda dəfn olunub.      

******

                Kamran Füzuli oğlu Hacıyev 1994-cü il yanvarın 16-da Xəzər rayonunun Şüvəlan qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun çavuşu olan Kamran Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamran Hacıyev oktyabrın 22-də Hadrut döyüşləri zamanı şəhid olub. Xəzər rayonunun Şüvəlan qəsəbəsində dəfn olunub.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: