14.12.2024

İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısı

 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

          AVMVİB Neftçal Şöbəsi İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısını təqdim edir.

                              Müharibənin 24 — ci günü

          Mübariz Eldar oğlu, AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Vetran az” qəzetinin Şirvan-Salyan regional muxbiri.

*************************

           Sabah   Azərbaycan Vətən övladının Neftçala rayonunun Qəhramanı ŞƏHİD Mayılov Fail Əlibala oğlunun Doğum Günüdür,

                    “CƏNNƏT MÖVLUDLARI MÜBARƏK  ”

            ŞƏHİD Mayılov Fail Əlibala oğlu 20.10.1971- ci il tarixində Neftçala rayon Şorkənd kəndində anadan olmuşdur 

          ŞƏHİD Mayılov Fail Əlibala oğlu  Vətənin dar günündə könüllü olaraq Milli Ordu sıralarına qoşulmuş,  (M/N – 123 saylı H/hissə ) və cəbhənin ön xəttində xidmətə başlamışdır. 

         ŞƏHİD Mayılov Fail Əlibala oğlu   07.09.1992- ci ildə Çıldıran  ətrafında gedən döyüşlərdə, döyüş əmirini yerinə yetirərkən Şəhid olmuşdur. Məzarı 08.09.1992 – cı ilkdə Neftçala rayon, Şorkənd kəndində dəfin olunub.

         ŞƏHİD Mayılov Fail Əlibala oğlunun müqəddəs ruhu şaddır , Çünki onların qanı tökülən torpaqlarda Azərbaycanın şanlı Bayrağı dalğalanır.

*****

          Azərbaycan Vətən evladının Neftçala rayonu Qəhraman Şəhid Nuraliyev Qismət Rubil oğlunun “ANIM GÜNÜDÜR ”

              ŞƏHİD Nuraliyev Qismət Rubil  oğlu 17.09.1972 – ci il tarixində Neftçala rayon Xolqarabucaq  kəndində anadan olmuşdur 

               ŞƏHİD Nuraliyev Qismət Rubil oğlu  Vətənin dar günündə könüllü olaraq Milli Ordu sıralarına qoşulmuş,  (M/N – 701 saylı H/Hissə)  və cəbhənin ön xəttində xidmətə başlamışdır. 

              ŞƏHİD Nuraliyev Qismət Rubil oğlu  20.10.1992- ci ildə Lacın rayonu  ətrafında gedən döyüşlərdə, döyüş əmirini yerinə yetirərkən Şəhid olmuşdur. Məzarı Neftçala rayon, Xolqarabucaq kəndində dəfin olunub.

               ŞƏHİD Nuraliyev Qismət Rubil oğlunun müqəddəs ruhu şaddır , Çünki onların qanı tökülən torpaqlarda Azərbaycanın şanlı Bayrağı dalğalanır.  

******

                 Həmid Cavanşir oğlu Abbasbəyli (17 noyabr 1991, Kirov rayonu – 20 oktyabr 2020, Qırmızı Bazar, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.  

       Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsi və “Qocalar Döyüşə Gedir” qrupu adından ailəsinə və yaxınlarına səbr diləyirik.

****

           Abbasov Səxavət Rizvan oğlu 25 aprel 2000-ci ildə Xırdalan şəhərində dünyaya gəlib. Səxavət evin tək övladı idi. Orta təhsilini Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə alıb. Güləşin yunan-roma növü ilə məşqul olan Səxavət həmdə musiqi bacarıqı ilə yadda qalıb. O dostları arasında şən zarafatçıl biri kimi tanınardı. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb.

        Abşeron rayonu, Xırdalan şəhər sakini, 20 yaşlı Səxavət Abbasov müharibə başlayanda könüllü olaraq cəbhəyə yola düşüb. Döyüşlərdə qorxmazlığı ilə seçilib və düşmənlə mübarizədə həmişə öndə olub. Anası ilə danışanda «məndən nigaran qalmayın, Vətən borcunu verib qayıdacağam» deyib.

        «Övladdan da şirindir nəvə» deyən nənəsi Üsarə Mirzəquliyeva Səxavətlə fəxr edir. Deyir ki, nəvəsi evin tək övladı olmasına baxmayaraq, müharibə başlayandan iki gün sonra cəbhəyə yola düşüb.

       20 yaşlı qəhrəmanımızla çiyin-çiyinə düşmənə sinə gərən döyüş yoldaşları deyirlər ki, Səxavət çox mərd oğul olub. Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd istiqamətlərində düşmənlə mübarizədə qalib kimi çıxıb. Sonuncu döyüşü isə Ərgünəş dağı ətrafında olub. Yaralı döyüş yoldaşı, həm də yaxın dostu olan Rəşad Mehdiyevi xilas edərkən düşmənin atdığı minamyot qəlpəsi onların ikisinin də həyatına son qoyub.

       Səxavət Abbasov oktyabrın 20-də şəhid olub və Xırdalan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. 

******

               Səyyad Ağahüseynli 30 yanvar 2002-ci ildə Cəlilabad rayonunun Qarazəncir kəndində dünyaya göz açmışdır. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Səyyad Ağahüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Döyüş meydanında qarşı tərəfin canlı qüvvəsini zərərsizləşdirmiş, texnikasını məhv etmişdir. Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş, fərqlənmişdir. 20 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 21 oktyabr 2020-ci ildə doğulduğu Cəlilabad rayonunun Qarazəncir kəndində torpağa tapşırılmışdır.     

******

                 Ağamalı Şamil oğlu Ağayev 23 sentyabr 1996-cı  ildə Çaxırlı kəndində anadan olub. 2001-2012-ci illərdə Çaxırlı kənd tam orta məktəbində təhsil alıb.

           Ağamalı Ağayev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

           Azərbaycan Ordusunun, İkinci Qarasbağ döyüşlərinin könüllü əsgəri olan Ağamalı Şamil oğlu Ağayev 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir.

            2020-ci ilin sentyabr ayının 27-dən başlanan Vətəm müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşmüşdür.

        Ağamalı Ağayev oktyabrın 19-da Qubadlı döyüşləri zamanı yaralı hərbçini döyüş meydanından çıxaran zaman snayper gülləsi nəticəsində şəhid olub. Çaxırlı kənd qəbiristanlığında dəfn edilib. Subay idi.       

*****

             Ülvi Ağayev 1993-cü il martın 9-da Göyçay rayonunun Şahsoltanlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Ülvi Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Ağayev oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub.  

******

              Asif Azayev 1985-ci il fevralın 1-də Şamaxı rayonunun Həmyəli kəndində anadan olub. 1991-1997-ci illərdə Həmyəli kənd tam orta məktəbində, 1997-2003-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali təhsilini 2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) hərbi təhsil alıb. Ailəli idi. Üç oğlu yadigar qaldı.

Asif Azayev 2007-ci ildən «leytenant» hərbi rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən «N» saylı hərbi hissəsində xidmətə başladı. Növbəti illərdə Murovdağ istiqamətində xidmət edən Asif Azayev, 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb.

          Asif Azayev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda 2-ci Ordu Korpusunda Taborun Qərargah rəisi vəzifəsində çalışmağa başladı.

          Azərbaycan Ordusunun mayoru olan Asif Azayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tabor Komandiri olaraq Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı dəfələrlə Ermənistan Ordusunun canlı qüvvəsinin məhv edilməsində, döyüş tapşırığlarının icrasında, həmçinin tabeçiliyində olan əsgərlərin mühasirədən çıxarılmasında fərqlənib. Asif Azayev oktyabrın 20-də Füzuli rayonu istiqamətində snayper gülləsi nəticəsində şəhid olub. Şamaxı rayonunda dəfn olunub.      

*****

               Qara Əliyev 2001-ci il oktyabrın 20-də Yevlax rayonunun Cırdaxan kəndində anadan olub. 2007-2016-cı illərdə Cırdaxan kənd tam orta məktəbində, 2016-2018-ci illərdə isə Yevlax şəhərində S. Əliyev adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.

Qara Əliyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

           Azərbaycan Ordusunun əsgəri olan Qara Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qara Əliyev oktyabrın 23-də Füzuli döyüşləri zamanı şəhid olub. Yevlax rayonunda dəfn olunub.      

*****

                  Ruslan Əsədov 2002-ci il martın 7-də Samux rayonunun İnstitut qəsəbəsində anadan olub.  2008-2019-cu illərdə Samux rayonunda İnstitut qəsəbə tam orta məktəbində təhsil alıb.

Ruslan Əsədov 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başladı.

           Azərbaycan Ordusunun əsgəri olan Ruslan Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər əməliyyatı üzrə Murovdag uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Əsədov oktyabrın 20-də Murovdag döyüşləri zamanı şəhid olub. Samux rayonunda dəfn olunub.   

*****

                Fərhad Vüqar oğlu Fərhadlı 8 dekabr 1993-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2011-ci ildə Sumqayit şəhər 12№ li orta məktəbi bitirib, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin BBA fakultəsinin Menecment ixtisası üzrə təhsil almağa başlamışdır. 2015- ci ildə Universiteti bitirib, 2016-ci ildə Hərbi xidmətə yollanmışdır. Aprel doyüşləri zamanı hərbi xidmətdə olub. 2017-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin İdarə olunması ixtisası üzrə magistr təhsilini almışdır. İş həyatına Gilan Holdinqdə başlayıb, sonra isə Kapital bankda davam etmişdir.

          Fərhad Fərhadlı 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılmışdır. O, bir həftə təlim keçdikdən sonra 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. 20 oktyabr Cəbrayıl uğrunda gedən döyüş zamanı yaralı daşıyan sırada şəhid olur.    

*****

              Zahir Feyzullayev 1992-ci il dekabrın 24-də Oğuz rayonunun Muxas kəndində anadan olub.[1] 1999-2007-ci illərdə A. Əhmədov adına Muxas kənd tam orta məktəbində, 2007-2010-cu illərdə isə Oğuz şəhərində E. Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb.Zahir Feyzullayev 2011-ci il yanvar ayının 1-də Oğuz rayon hərbi komissarlıq tərəfindən hərbi xidmətə çağırılmışdır. Daxili Qoşunların N saylı hərbi hissəsində xidmətə başlamışdır. 2012-ci ilin iyul ayında xidmətini bitirmişdir. 2013-cü il noyabr ayının 12-də Müdafiə Nazirliyinin gizir hazırlıq kursuna qəbul olmuş, 2014-cü il yanvar ayının 25-də həmin kursu bitirmişdir. 2014-cü il yanvar ayından 2014-cü ilin fevral ayına qədər N saylı hərbi hissədə xüsusi təyinatlı qrup komandiri, 2014-cü ilin fevral ayından 2015-ci ilin may ayına qədər N saylı hərbi hissədə xüsusi təyinatlı qrup komandirinin müavini, 2015-ci ilin may ayından 2018-ci ilin iyul ayına qədər N saylı hərbi hissədə qrup komandirinin müavini vəzifəsində xidmət etmişdir. Qəhrəmanlıqlarına görə 2018-ci ilin iyul ayının 2-də kiçik leytenant hərbi rütbəsi, 2019-cu ilin iyul ayının 2-də leytenant hərbi rütbəsi almışdır. 2018-ci ilin iyul ayının 2-dən N saylı hərbi hissədə qrup komandiri vəzifəsində xidmət etmişdir.

          2015-ci il may ayının 2-dən 2015-ci ilin may ayının 27-dək «Görüntülü hədəf qiymətləndirmə» kursunu keçmək məqsədi ilə Türkiyənin Ankara şəhərində, 2017-ci ilin aprel ayının 28-dən 2017-ci ilin iyul ayının 13-dək «Hərbi sərbəst paraşut» kursunu keçmək məqsədi ilə Türkiyənin Ankara şəhərində, 2018-ci il oktyabr ayının 7-dən 2018-ci ilin noyabr ayının 2-dək «Statik təməl paraşut» kursu keçmək məqsədi ilə Türkiyənin Kayseri şəhərində, 2018-ci ilin noyabr ayının 5-dən 2018-ci ilin dekabr ayının 1-dək «Statik paraşütçü buraxıcı və yer ekip komutanlığı» kursunu keçmək məqsədi ilə Türkiyənin Kayseri şəhərində olmuşdur. 2019-cu ilin yanvar ayının 29-dan 2019-cu ilin fevral ayının 23-dək «Qış-2019» təlimində iştirak etmək məqsədi ilə Türkiyənin Kars və Kayseri şəhərlərində olmuşdur.

           Vətəninə göstərdiyi xidmətlərinə və qəhrəmanlıqlarına görə  «Azərbaycan Ordusunun 100 illiyi», 3-cü dərəcəli «Hərbi xidmətdə fərqlənməyə görə»  medalları və bir çox tərifnamələrə layiq görülmüşdür.

           Azərbaycan Ordusunun leytenantı olan Zahir Feyzullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı bir neçə dəfə tabeçiliyində olan əsgərləri döyüş meydanından təxliyə edib, həmçinin Ermənistan Ordusunun canlı qüvvəsinin məhv edilməsində fərqlənib. Zahir Feyzullayev döyüş yoldaşının torpağa tapşırıldığı gün onlarla ermənini məhv edərək dəfn yerinə zəng edib yoldaşının qisasını aldığını bildirib. Zahir Feyzullayev oktyabrın 20-də Xocavənd döyüşləri zamanı Tuğ kəndi istiqamətində şəhid olub. Oğuz rayonunun Muxas kəndində dəfn olunub.      

*****

           Cavanşir Namiq oğlu Həmidli 20 oktyabr 1997-ci ildə Lerik rayonunun Çayrud kəndində, ziyalı ailəsində anadan olub. Ailədə 6 nəfər olublar. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 2015-ci ildə şəhid Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbini bitirdikdən sonra Lənkəran Dövlət Universitetinin «İqtisadiyyat və idarəetmə» fakültəsinə qəbul olub. 2019-cu ildə universitetini bitirərək «Maliyyə» ixtisası ürə bakalavr dərəcəsi alıb.

           Vətən qarşısında borcunu yerinə yetirmək üçün 2019-cu ilin iyul ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Cavanşir Həmidli Milli Ordunun «N» saylı «Həmlə» Əlahiddə Əməliyyat Taborunun xüsusi təyinatlısı kimi hərbi təlimlərə qatılaraq hərbi texnikanın və döyüş silahlarının istifadəsini yüksək səviyyədə mənimsəməklə hərbi hissə rəhbərliyinin rəğbətini qazanıb.

         Təcavüzkar erməni faşistlərinin ölkəmizə iyul 2020-ci il təcavüzü səbəbiylə hərbi hissə komandanlığına ön cəphəyə göndərilməsi üçün bir neçə dəfə raport ilə müraciət edib. 2020-ci ilin sentyabr tarixində II Qarabağ müharibəsi başladığı gündən Cavanşir də taboru ilə birgə tabor yoldaşları ilə birgə torpaqlarımızın düşmən işğalından azad edilməsi üçün döyüşə qatılır.

          Tərtər-Ağdərə istiqamətində Talış və Suqovuşan yaşayış məntəqələrinin, bir sıra strateji yüksəkliklərin alınmasında yüksək fədakarlıq və şücaət göstərərək onlarla erməni əsgərini məhv edib. Sonradan Füzuli rayonunun bir sıra kəndlərinin və Cəbrayıl rayonunun mərkəzi də daxil olmaqla bir neçə yaşayış məntəqələrinindüşmən taptağından azad olunmasında müstəsna qəhrəmanlıqlar göstərib. Döyüşlər zamanı öz həyatını təhlükəyə ataraq bir neçə yaralı əsgər yoldaşını əsgər yoldaşını döyüş zonasından böyük əzmkarlıq və rəşadət göstərərək çıxarıb. Əsgər Cavanşir Həmidli 07 oktyabr tarixində Cəbrayıl rayonunun Nüzgar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olaraq adını qızıl hərflərlə tarixə yazıb.

          Lənkəran Dövlət Universitetinin məzunu olan Cavanşir 2018-ci ildən “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri sırasına qoşulmuşdu. Könüllülük fəaliyyəti dövründə də vətənpərvərliyi ilə seçilən Cavanşir elə müqəddəs Vətən uğrunda, üç rəngli Bayrağımız uğrunda canını fəda edərək könüllü dostlarının, tanıyanlarının yaddaşlarında əbədi taxt qurdu.      

******

            Rəhim Hüseynov 1984-cü il iyulun 1-də Zərdab rayonunda anadan olub. 1998-2001-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb.2001-2005-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.2005-2006-cı illərdə Silahlı qüvvələrin təlim və tədris mərkəzində təhsil alıb. İngilis, rus, erməni dillərini mükəmməl bilirdi. Ailəli idi. 3 övladı yadigar qaldı.

              Şəhid mayor Rəhim Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin tərkibində NATO-ya bəyan edilmiş və dəfələrlə götürdüyü öhdəliyi müvəffəqiyyətlə yerinə yetirmiş Əməliyyat İmkanları Konsepsiyası (OCC Bn) taborunun komandiri idi.

               Şəhid mayor Rəhim Hüseynov 2020-ci ildə NATO-nun Əfqanıstan İslam Respublikasında Qətiyyətli Dəstək- qeyri-döyüş missiyasında Azərbaycan sülhməramlı kontingentinin və eyni zamanda Həmid Karzai Beynəlxalq Hava Limanının (HKIA) Qüvvə Qorunması taborunun komandiri vəzifəsində NATO Meritorious Service Medalı (NATO-nun ləyaqətli xidmət medalı) ilə təltif olunan ilk və tək azərbaycanlı zabitdir.

               Şəhid mayor Rəhim Hüseynov xidmət müddəti ərzində NATO təlimləri və kursları çərçivəsində dünyanın müxtəlif ölkələrində Azərbacan Silahlı Qüvvələrini layiqli şəkildə təmsil etmiş, Azərbaycan bayrağını şərəflə daşımışdır.

          Azərbaycan Ordusunun mayoru olan Rəhim Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər də iştirak etmişdir.Rəhim Hüseynov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.     

****

            Seymur İbrahimov 20 noyabr 2000-ci ildə Babək rayonunun Tumbul kəndində doğulmuşdur. 2006-cı ildə 13 nömrəli tam orta məktəbə daxil olmuşdur.

          Seymur İbrahimov orta məktəbi bitirdikdən sonra 2019-cu il ayında hərbi xidmətini tamamlamaq üçün Əlahiddə Ümumqoşun Ordusunun «N» saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub. Hərbi xidmət zamanı 15 ay kəşfiyyatçı kimi xidmət göstərib.

            Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əsgəri olan Seymur İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Seymur İbrahimov 1 noyabr 2020-ci ildə Şuşa döyüşləri gedişatında Şuşa rayonunun Daşaltı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 6 noyabr 2020-ci ildə nəşi Babək rayonunun Tumbul kəndində dəfn olunmuşdur.      

*****

             İsayev Alik Şakir oğlu — Sadəcə demirdi, can atırdı ön cəbhəyə Alik… Heç zaman görmədiyi, amma ruhunu, rayihəsini, çağırışını, fəryadını hiss etdiyi Qarabağa aparırdı onu bütün yollar. Arzuları o qədər çox idi kı…

            Amma ən ümdəsi vətəninə faydalı olmaq, işğal altında inləyən yurdun yaralarına öz əlləri ilə məlhəm qoymaq istəyirdi bizim cəsur Alik Şakir oğlu İsayev ! Bacardı da! Möhkəm iradəsinə, dəmir intizamına və bədən quruluşuna görə xüsusi təyinatlı qüvvələrin tərkibinə cəlb edildi. Həm də kəşfiyyatçı kimi…

              Uşaqlıqdan vətənpərvərlik hissi ilə böyüyən Alik hərbi xidmət zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarına cəlb olunub və daha sonra kəşfiyyatçı kimi xidmətə davam edib. 44 günlük Vətən müharibəsində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikasının məhv edilməsində böyük rol oynayıb.

          A.İsayev Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.     

*****

                Rəşad Mehdiyev 24 aprel 1997-ci ildə Xırdalan şəhərində anadan olmuşdur. Atası — Rəhman Mehdiyev Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Orta təhsilini Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə və Cəmşid Naxçıvanski adına hərbi liseydə almışdır. Azərbaycan Texniki Universitetinin «Sabah» qruplarında ali təhsilinə başlamışdır. Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Elektron Hökümətin İnkişafı Mərkəzində proqramçı vəzifəsində çalışırdı.

           Azərbaycan Ordusunun əsgəri olan Rəşad Mehdiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və        Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəşad Mehdiyev 21 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Xırmancıq kəndində yerləşən Ərgünəş dağı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur      

******

                 Ariz Məhərrəmov 1982-ci il dekabrın 10-da Saatlı rayonunun Qara Nuru kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı.

         Azərbaycan Ordusunun giziri olan Ariz Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ariz Məhərrəmov Sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Saatlı rayonunun Qara Nuru kəndində dəfn olunub.   

*******

               Eşqin Mehtili 2001-ci il oktyabrın 20-də Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. 2008-2019-cu illərdə şəhid Rizvan Nəsirov adına Əlinəzərli kənd 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2012-ci ildə keçirilən bilik yarışmasında Beyləqan rayonu üzrə «İlin ən yaxşı şagirdi» adına layiq görülmüş, xüsusi diplom və mükafatlarla təltif olunmuşdur. Kiçik yaşlarından atasını itirdiyi üçün həyata erkən atılmaq məcburiyyətində qalmışdı. Subay idi.

2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanmış, 2020-ci ilin yanvar ayından isə, xidmətini Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrində snayper kimi davam etdirmişdir. Xidmət etdiyi dövrdə o, yuxarı komandanlığın və şəxsi heyətin arasında xüsusi hörmət qazanmış, döyüş-hazırlıq təlimlərini dərindən öyrənərək, verilən tapşırıqları vaxtında və nöqsansız yerinə yetirmişdır. Zaman keçdikcə Eşqin Mehtili peşəkar snayper kimi formalaşmışdır. Belə ki, o, hələ təlim atışlarında bir neçə dəfə hərbi hissə rəhbərliyi tərəfindən ən yaxşı atıcı- kəskin nişançı kimi fəxri fərmanla təltif edilmiş və xüsusi təşəkkür almışdır. Bununla yanaşı, dağçılıq və üzgüçülük təlimlərində də fəal iştirak etmiş, həmin kursları da uğurla başa vurmuşdur.

         Azərbaycan Ordusunun əsgəri olan Eşqin Mehtili 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Murovdağ, Cəbrayıl və Füzuli rayonu istiqamətində gedən döyüşlərdə olub. Rayonun Merdinli, Şükürbəyli, Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı, Zərgər, Qaraxanbəyli və digər kəndlərin işğaldan azad olunmasında onun da özünəməxsus şəkildə rolu və xüsusi xidmətləri olmuşdur. Eşqinin son döyüşü isə, 14 oktyabr 2020-ci il tarixdə olmuşdur. Füzuli şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.     

********

                   Məmmədov Ceyhun Qafar oğlu Agcabədi rayonunun Qaraxanlı kəndində anadan olub. 25 oktyabr Füzulidə gedən ağır döyüşlərdə qəhrəmancasına Şəhid olub.

         Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Məmmədov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.

           Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Məmmədov ölümündən sonra «Füzulinin azad olunmasına görə», «Vətən uğrunda», «Füzulinin azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə» və «Cəsur döyüşçü» medalları ilə təltif edilib.      

******

               Aynur Şıxbaba oğlu Poladov 1980-cı il oktyabrın 20-də Şabran rayonunun Zeyvə kəndində anadan olub.

            Azərbaycan Ordusunun baş giziri olan Aynur Poladov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aynur Poladov oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub. Şabran rayonunun Zeyvə kəndində dəfn olunub.    

*****

             Qarayev Elyaz Vəli oğlu Bərdə rayon Dəymədağlı kəndində 1998 ci ildə anadan olub.

            Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elyaz Qarayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli döyüşlərində iştirak edib. 28.10.2020 ci ildə Füzuli rayonu ərazisində gedən döyüşlərdə şəhid olub.   

******

                  Əli Quliyev 20 oktyabr 2001-ci ildə İraqın Kərbəla şəhərində ilahiyyatçı ailəsində anadan olmuşdur. 12 yaşına kimi Kərbəla şəhərində yaşamış və təhsil almışdır. 2013-cü ildə ailəsi ilə birlikdə   Azərbaycanın Masallı rayon Kolatan kəndinin Bağıroba qəsəbəsinə yerləşmişdir. Elə həmin ildə də Birinci Qarabağ Müharibəsi kənd şəhidi Simran Rzayev adına məktəbin altıncı sinfinə daxil olmuşdur. Məktəbi başa vuran Əli ali təhsil olmaq üçün imtahan verir, lakin müvəffəqiyətli olmur. 2020-ci ildə hərbi xidmətə yollanır. Dislokasiyası Cocuq Mərcanlı olan «N» saylı hərbi hissədə xidmətə başladı. İkinci Qarabağ Müharibəsinə qatılaraq düşmənin Azərbaycan torpaqlarından qovulmasında iştirak etdi. Oktyabrın 26-dan 27-ə keçən gecə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. 29 oktyabr 2020-ci ildə Kolatan kəndinə gətirilərək torpağa tapşırıldı.     

*******

                Natiq Rəşidov 2 sentyabr 1991-ci ildə Saatlı rayonunun Dədə Qorqud kəndində doğulub. 2020-ci ildə Tovuz döyüşlərindən sonra könüllü olaraq ordu sıralarına yazılmışdır.

         Ailəli idi, iki övladı yadigar qalıb.

         Döyüş yolu 21 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi təlimlərə cəlb olunmuşdur. Natiq Xocavənd rayonunun Hadrut qəsəbəsi uğrunda döyüşlərdə iştirak etmişdir. Döyüş yoldaşlarının dediyinə görə Natiq döyüşlərdə böyük qəhrəmanlıq göstərmiş və bir neçə düşmən tankını məhv etmişdir. Hadrut uğrunda döyüşlərdə itkin düşmüşdür. Təxminən bir ay sonra qəhrəmancasına şəhid olduğu məlum olmuş və 30 noyabrda doğulduğu Dədə Qorqud kəndində dəfn edilmişdir.    

******

                Seymur Hüseyn 1993-cü il oktyabrın 20-də Ordubad rayon Şəhriyar qəsəbəsində anadan olub. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

          Seymur Hüseyn 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.

          Azərbaycan Ordusunun baş leytenantı olan Seymur Hüseyn 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Seymur Hüseyn oktyabrın 16-da Cəbrayıl döyüşləri zamanı ağır yaralanıb. Noyabrın 26-da Bakı şəhərində müalicə aldığı Respublika Neyrocərrahiyyə Xəstəxanasında şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: