İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısı
tdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
AVMVİB Neftçal Şöbəsi İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısını təqdim edir.
Müharibənin 23 — ci günü
Mübariz Eldar oğlu, AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Vetran az” qəzetinin Şirvan-Salyan regional muxbiri.
************************
Azərbaycan Vətən övladının Neftçala rayonunun Qəhramanı ŞƏHİD Soltanov Aydın Qulamirzə oğlunun Doğum Günüdür,
“CƏNNƏT MÖVLUDLARI MÜBARƏK ”
ŞƏHİD Soltanov Aydın Qulamirzə oğlu 19.10.1972 — ci il tarixində Neftçala rayon Xolqarabucaq kəndində anadan olmuşdur
ŞƏHİD Soltanov Aydın Qulamirzə oğlu Vətənin dar günündə könüllü olaraq Milli Ordu sıralarına qoşulmuş, (M/N – 859 saylı H/hissə ) və cəbhənin ön xəttində xidmətə başlamışdır.
ŞƏHİD Soltanov Aydın Qulamirzə oğlu 12.06.1992- ci ildə Qaraqaya ətrafında gedən döyüşlərdə, döyüş əmirini yerinə yetirərkən Şəhid olmuşdur. Məzarısız Şəhid (İtkin)
ŞƏHİD Soltanov Aydın Qulamirzə oğlunun müqəddəs ruhu şaddır , Çünki onların qanı tökülən torpaqlarda Azərbaycanın şanlı Bayrağı dalğalanır.
****
Şixamir Oruc oğlu Qaflanov (7 dekabr 1986; Dombabinə, Zaqatala rayonu, Azərbaycan SSR — 19 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının «Bəbir» Xüsusi Təyinatlı Dəstəsinin Komandiri olan Şixamir Qaflanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı tabeliyində olan şəxsi heyətlə birgə Cəbrayıl rayonunun, Hadrut qəsəbəsinin və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır.
Komandiri olduğu Xüsusi Təyinatlı Dəstənin şəxsi heyətindən bir nəfər də şəhid olmamışdır. Tabeliyində olduğu şəxsi heyətlə qatıldığı 23 döyüşdə Ermənistan Ordusunun canlı qüvvəsini məhv edilməsində fərqlənmişdir. Xüsusi təyinatlılar arasında «Əfsanəvi Rembo» ləqəbini qazanıb. Oktyabrın 19-da Füzuli istiqamətində Şəhid olmuşdur.
*****
Elyar Arif oğlu Vəliyev (17 oktyabr 1991, Sədəfli, Qobustan rayonu – 19 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Həyatı — Elyar Vəliyev 1991-ci il oktyabrın 17-də Qobustan rayonunun Sədəfli kəndində anadan olub.
Hərbi xidməti — Azərbaycan Ordusunun giziri olan Elyar Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elyar Vəliyev oktyabrın 19-da Qubadlının azad edilməsi zamanı şəhid olub.
****
Emil Abduləzimli 6 dekabr 1994-cü ildə Zəngilan rayonunda anadan olmuşdur.
Emil Abduləzimli Azərbaycan Silahlı Qüvvələrinin sıralarında bir müddət xidmət etmişdir və xidmətini bitirdikdən sonra mülki işlə məşğul olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Emil Abduləzimli 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində qismən səfərbərlik çağırışına qatılmışdır. Emil Abduləzimli 19 oktyabr 2020-ci ildə Cəbrayıl döyüşləri zamanı şəhid olmuşdur.
*****
Ramiq Ağayev 12 fevral 1992-ci ildə Astara rayonunun Səncərədi kəndində anadan olub. E.Ağayev adına Səncərədi kənd tam orta məktəbində təhsil alıb. 2009-cu ildə həmin məktəbin məzunu olub. Tankçı olmaq uşaqlıq arzusu olub və sonra öz istəyinə nail olub.
2010-cu ildə həqiqi hərbi xidmətə çağrılıb. Müdafiə Nazirliyinin «Gizir hazırlığını hərbi kursu»nu bitirib. Sonra sürücü mexanik kimi 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sırasında hərbiçi ömrünü yaşamağa başlayıb. Ramiq 2016-cı il Aprel döyüşlərində igidlik göstərib.
Azərbaycan Ordusunun əsgəri olan Ramiq Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Ramiq Ağayev ermənilərin çoxlu istehkam qurğularını və canlı qüvvəsini məhv etmişdir. Cəbrayılın alınması uğrunda gedən qızğın döyüşlərdə ağır yaralanır, 13 gündən sonra oktyabrın 19-da şəhid olub. 3 oğul övladı var idi. Oktyabrın 19-u Səncərədi kəndində dəfn edilib
*****
Dadaşov Əzizağa Ramiz oğlu 1994-cü il iyulun 7-də Sumqayıt şəhəri Corat qəsəbəsində anadan olub. 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olanlardan biri də Sumqayıt şəhərinin Corat qəsəbə sakini 26 yaşlı Əzizağa Dadaşovdur. Uşaq yaşlarından atasız böyüyən Əzizağa zəhmətkeş və vətənə bağlı olub.
O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 19 oktyabrda Füzulinin Yarəhmədli kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub. 26 yaşlı şəhidimiz Əzizağa Dadaşov Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub.
****
Sahib Həsənov 19 oktyabr 1999-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 2017-ci ildə Gəncə şəhər 7 nömrəli tam orta məktəbi bitirmişdir.
Sahib Həsənov 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsində xidmət etmişdir.
Sahib Həsənov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi.
Azərbaycan Ordusunun əsgəri olan Sahib Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sahib Həsənov 17 oktyabr 2020-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 18 oktyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
*****
Seymur Məmmədli 19 oktyabr 1996-cı ildə doğulub Qax rayonunun Ağçay kəndindəndir. 11 oktyabr tarixində yaralı döyüş yoldaşlarını ərazidən çıxaran zaman Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Seymur Məmmədli ölümündən sonra “Vətən uğrunda”, «Füzuli azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə» və «Cəsur döyüşçü» medalları ilə təltif olunub.
******
Mirzəyev Nuran Akif oğlu 27 iyul 1999-cu ildə Quba rayonunun Dağlı kəndində ləzgi ailəsində anadan olub. 2005-2014-cü illərdə Qımıl kənd ümumi orta məktəbində təhsil alıb. Təhsilini davam etdirərək 2014-cü ildə Quba Peşə Liseyinə daxil olub. 2017-ci ildə Quba Peşə Liseyini bitirərək Rabitə, elektrik mantyoru, sürücü ixtisaslarına yiyələnib. 2017-2019-cu illərdə həqiqi hərbi xidmətdə olub. Subay idi.
28 sentyabr 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən səfərbərliyə çağırılıb və 29 sentyabr 2020-ci ildə Vətən Müharibəsinə yollanıb. 19 oktyabr 2020-ci ildə Füzuli, Cəbrayıl,Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
****
Fariz Zülfüqarzadə 20 noyabr 1992-ci il Lənkəran şəhərində anadan olub. 1997-ci ildə ailəsi ilə birlikdə Rusiyaya köçüb və 2007-ci ildə Azərbaycana, Lənkəran şəhərinə qayıdıb. Təhsilini Lənkəran şəhər 4 saylı orta məktəbdə(rus bölməsində) davam etdirib. Orta təhsilli olub. Ailəli idi. 2 övladı var.
2012-2013-cü illərdə hərbi xidmətdə olan Fariz Zülfüqarzadə 2015-ci il mart ayından müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən orduya qayıdaraq tankçı kimi hərbi xidmətini davam etdirib. Aprel döyüşlərində Lələtəpə uğrunda mübarizədə fəal iştirak edib.
2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzulinin, Qubadlının və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tankı 2 dəfə vurulsa da yeni tanka əyləşib düşmən mövqelərinə doğru irəliləyir. Silahlı Qüvvələrin sərrast tankçısı Fariz Zülfüqarzadə Füzuli, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə düşmənin zirehli texnikalarını və atəş məntəqələrini darmadağın edir. 2 dəfə yaralansa da döyüş meydanına yenidən qayıdır. Sonuncu döyüşünü oktyabr ayında Qubadlı rayonunda keçirir. 20 gün tankı düşmən tərəfindən hədəfə alınsa da, cəsur tankçımızın atəşini susdura bilmirlər. Oktyabrın 19-da düşmən tərəfindən vurulan tankın yaralı heyətini xilas etsə də, öz həyatını vətənin azadlığı uğrunda qurban verir. Şəhidlik zirvəsinə ucalan Fariz Zülfüqarzadə 19 oktyabr-da Lənkəran şəhərində dəfn olunub.