02.11.2024

İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısı

15 oktyabr 2020

               “İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısı” 

       2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

          AVMVİB Neftçal Şöbəsi İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısını təqdim edir.

                              Müharibənin 19 — ci günü

          Mübariz Eldar oğlu, AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Vetran az” qəzetinin Şirvan-Salyan regional muxbiri.

*************************

            ŞƏHİD Paşin Sergey Nikolay (Cahangir) oğlu 15.10.1973- cü il tarixində Neftçala rayon Bankə qəsəbəsində anadan olmuşdur 

          ŞƏHİD Paşin Sergey Nikolay (Cahangir) oğlu  Vətənin dar günündə könüllü olaraq Milli Ordu sıralarına qoşulmuş,  (M/N – 708 saylı H/hissə ) və cəbhənin ön xəttində xidmətə başlamışdır. 

      ŞƏHİD Paşin Sergey Nikolay (Cahangir) oğlu   05.04.1994- cü ildə Ağdərə rayonu ətrafında gedən döyüşlərdə, döyüş əmirini yerinə yetirərkən Şəhid olmuşdur. Məzarı Neftçala rayon, Seyidlər qəbristanlığında dəfin olunub.

         ŞƏHİD Paşin Sergey Nikolay (Cahangir) oğlunun müqəddəs ruhu şaddır , Çünki onların qanı tökülən torpaqlarda Azərbaycanın şanlı Bayrağı dalğalanır.  

*****

             ƏHMƏDOV CƏBRAYIL KAMAL oğlunun anım günüdür. Cəbrayıl Əhmədov 1962-ci ildə Neftçala rayonu Beştalı kəndində anadan olmuşdur. Kənd orta məktəbini tamamlayıb İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdur. İnstitut bitirdikdən sonra Salyan mexaniki suvarma idarəsində işə başlamışdır. Hərbi xidmətini Gürcüstanda keçirən Cəbrayıl tankçı ixtisasına yiyələnmişdir.

          Qarabağ müharibəsi zamanı könüllü olaraq Milli Ordu sıralarına qoşulmuş və cəbhənin ön xəttində xidmətə başlamışdır. Paprabənd kəndi ətrafında gedən döyüşlərdə xüsusi şücaət göstərmişdir. Belə ki, döyüşlərin birində yaralı qalan silahdaşlarının düşmən nəzarəti altında olan ərazilərində qalması ona pis təsir etmiş və tankına əyləşib düşmən mövqeyinə keçərək yaralı silahdaşlarını götürüb geri qayıtmış , lakin mənzil başına çatandan bir neçə dəqiqə sonra aldığı güllə yaralarından şəhid olmuşdur. Neftçala rayonu Cəngan kənd orta məktəbi Cəbrayıl Əhmədovun adını daşıyır. Məzarı Beştalı kəndindədir

****

            Munis Abbaslı 18 mart 2000-ci il Beyləqan rayonunda anadan olub. 2007-2018-ci illərdə Beyləqan rayonu F.Hacıyev adına 2 saylı tam orta məktəbdə təhsil alıb. Subay idi.

          Abbaslı Munis 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən «N» saylı hərbi hissəsində xidmətə başlayıb.

          Azərbaycan Ordusunun əsgəri olan Abbaslı Munis 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abbaslı Munis oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub. 

******

               Həsən Aydın oğlu Abdullayev 1990-cı il oktyabrın 15-də Kəlbəcər rayonunun Zivel kəndində anadan olub.

           Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Həsən Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Həsən Abdullayev oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub.

          Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Həsən Abdullayev ölümündən sonra «Vətən uğrunda» və «Kəlbəcərin azad olunmasına görə» medalları ilə təltif edilib.   

****

              Vaqif Abdullayev 1996-cı il oktyabrın 15-də Ağsu rayonunun Hacıqədirli kəndində anadan olub.

           Azərbaycan Ordusunun əsgəri olan Vaqif Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vaqif Abdullayev noyabrın 6-da Laçın döyüşləri zamanı şəhid olub. Ağsu rayonunda dəfn olunub.     

*****

               Elşən Gündüz oğlu Dəmirli 15 oktyabr 1998-ci ildə Qəbələ rayonunun Nic qəsəbəsində dünyaya göz açıb.

          Orta təhsilini Qəbələ rayon Nic qəsəbə 3 saylı tam orta məktəbində almışdır. 2016-cı ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidməti Naxçıvan Muxtar Respublikasında yerləşən «N» saylı hərbi hissədə kəşfiyyatçı kimi başa vurub. 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirib. Mingəçevirdə yerləşən «N» saylı hərbi hissədə xidmət edib.

           Azərbaycan Ordusunun əsgəri olan Elşən Dəmirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

        28 sentyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.    

*****

               Ceyhun Dünyamalıyev 1996-cı il oktyabrın 15-də Culfa şəhərində anadan olub. 2002-2011-ci illərdə Culfa şəhərində 3 nömrəli tam orta məktəbdə, 2011-2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Ceyhun Dünyamalıyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin «N» saylı hərbi hissəsində «leytenant» hərbi rütbəsində xidmət edirdi.

          Azərbaycan Ordusunun leytenantı olan Ceyhun Dünyamalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ceyhun Dünyamalıyev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Culfa şəhərində dəfn olunub. 

*****

               İşğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda ordumuzun əks-hücum əməliyyatında şəhidlik zirvəsinə ucalanlardan biri də Rüfət Əhmədzadədir.

             Əhmədzadə Rüfət Əbülfət oğlu 2001-ci il, oktyabrın 15-də Sumqayıt şəhərində dünyaya göz açıb. Anası tələbə olduğundan Rüfət baba, nənəsiylə böyüyüb. 6 yaşı olanda valideynlərinin yanına qayıdan Rüfət orta təhsilə Sumqayıt şəhər 31saylı orta məktəbdə başlayır. Rüfət oxuduğu müddətdə həm uşaqların, həm də müəllimlərinin sevimlisi imiş.  

             Rüfət Əhmədzadə sentyabrın 29-da Tərtər- Agdərə istiqamətində gedən döyüşlərdə artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub. 1 oktyabrda Sumqayıt şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılıb.    

*****

               Məhəmmədəli Ələkbərov 1990-cı il oktyabrın 15-də Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı.

            Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Məhəmmədəli Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məhəmmədəli Ələkbərov oktyabrın 21-də Zəngilan döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Poylu qəsəbəsində dəfn olunub. 

******

              Eltac Əlizadə 1996-cı il oktyabrın 15-də Tovuz rayonunun Çatax kəndində anadan olub. 2003–2014-cü illərdə X. Cəfərov adına Çatax kənd tam orta məktəbində, 2014–2018-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsil alıb. Nişanlı idi.

Eltac Əlizadə 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

          Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Eltac Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Eltac Əlizadə oktyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Çatax kəndində dəfn olunub.     

*****

               Fərid Yaşar oğlu Fərəcov 11 noyabr 1998- ci ildə Ağcabədi rayonunun Muğanlı kəndində dünyaya göz açıb. Ailənin 3 uşağından ortancılı olan Fəridin özündən böyük qardaşı və kiçik bacısı var. Fərid 2005-ci ildə Ağcabədi rayonu Muğanlı kəndində Sərvan Quliyev adında orta məktəbin I sinfinə qəbul edilib. 2016-cı ildə orta məktəbi bitirdikdən sonra bir müddət maşın ustası işləyib. 2016-2017-ci illərdə Qusarda hərbi xidmət keçib və topçu olub

       Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fərid Fərəcov Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Fərid Fərəcov Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirib, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənib. Fərid Fərəcov oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub. 

****

              Samir Vaqif oğlu Fərzəliyev 08 dekabr 1996-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub. Samir evin, ailənin 3 övladından biri olub. İki qardaş, bir bacı olublar. 2002-2011-ci illərdə Quzanlı orta məktəbində təhsil alıb. 2015-ci ilin aprelində Vətənə xidmət borcunu yerinə yetirmək üçün əsgərliyə yollanıb və bir il 6 aydan sonra – 2016-cı ilin oktyabrında Naxçıvan Muxtar Respublikasında hərbi xidmətini başa buraraq, evinə, ailəsinə dönüb. 2016-2020-ci illərdə müxtəlif sahələrdə çalışıb və 2020-ci ilin avqustunda müddətdən artıq Hərbi Xidmət kursuna yazılıb, sentyabrın 7-də, Vətən müharibəsindən cəmi 20 gün öncə MAHHHQ kimi fəaliyyət göstərməyə başlayıb.

           Samir Vətən müharibəsinin ilk dəqiqələrindən döyüşlərə atılıb, igidliklər, qəhrəmanlıqlar göstərib və Ağdərə istiqamətində gedən ağır döyüşlər zamanı qəhrəmancasına həlak olub, şəhidlik məqamına ucalıb. 15 oktyabr 2020-ci il tarixində də Ağdam rayonunun Quzanlı kənd qəbiristanlığında, Şəhidlər məzarlığında torpağa tapşırılıb.   

******

             Həmidzadə Hüseyn Akif oğlu 1995-ci il oktyabr ayının 15-də Bakı şəhərində anadan olub. 2013-cü ildə Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbini bitirib.2014-2018-ci illərdə Kooperasiya Universitetinin iqtisadiyyat fakültəsində ali təhsil alıb. 2018-ci ildə Murovdağ zirvəsində həqiqi hərbi hissədə xidmətdə olub.

           27 sentyabr 2020-ci ildə başlamış Vətən müharibəsi zamanı Vətənə olan bağlılığı, düşmənə olan nifrəti onu sakit dayanmağa qoymur və könüllü olaraq Cəbrayıl rayon Komissarlığına yazılaraq, qısa müddət ərzində ön cəbhəyə yollanır. Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının işğaldan azad edilməsində misli görünməmiş qəhrəmanlıq göstərir, düşmənin çox sayda tankını, ağır texnikasını sıradan çıxarır.

         25 oktyabrda Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı ağır yaralanan Hüseyn 1 noyabr 2020-ci ildə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Şəki rayonunun Oxut kənd məzarlığında dəfn olunub.    

*****

                 Səddam Həsənov 15 oktyabr 1992-ci ildə Beyləqan rayonunun Yeni Mil qəsəbəsində anadan olub.

            Xüsusi Təyinatlı Qüvvələrin Giziri olan qəhrəmanımız cənub istiqamətindəki bütün döyüşlərdə iştirak edən xüsusi dəstə qruplarından birini təmsil edib. Ona tapşırılan ən çətin əmr və tapşırıqların öhdəsindən şərəflə gəlib. Murovdağ zirvəsinin alınmasında, Füzuli rayonun azad edilməsində xüsusi qəhrəmanlıqlar göstərib. 17 oktyabr tarixində Vətən müharibəsinin Hadrut cəbhəsində qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlib 

*****

               Nurlan Hüseynov 1992-ci il iyulun 3-də İmişli rayonunun Göbəktala kəndində anadan olmuşdur.

2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrin də xidmət etməyə başlamışdır.

           2018-ci ildə Türkiyənin İzmir şəhərin də keçirilən ən yaxşı snayperçi yarışında 24 dövlət arasında birinci yeri tutmuşdur. Azərbaycan Silahlı Qüvvələrində 100 illiyinə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib.

          Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Nurlan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən Müharibəsi zamanı Murovdağının, Cəbrayılın, Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Nurlan Hüseynov oktyabr ayının 14-də Hadrut döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur.    

******

               Pərviz Novruzlu 15 oktyabr 1997-ci ildə Şərur rayonunun Çərçiboğan kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə Şərur rayon Çərçiboğan kənd tam orta məktəbində orta təhsil almışdır.

Pərviz Novruzlu 2015-ci ilin oktyabrından Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı qrupunun üzvü kimi müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Naxçıvan Muxtar Respublikasında yerləşən «N» saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidməti dövründə 15-17 avqust 2016-cı il tarixində keçirilmiş “Ən yaxşı kəşfiyyat qrupu” yarışında 1-ci yeri tutduğuna görə Fəxri fərmanla təltif olunmuşdur. 23 mart 2017-ci ildə hərbi xidməti kəşfiyyatçı əsgər kimi başa vurmuş və sonra eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirmişdir.

           Azərbaycan Ordusunun əsgəri olan Pərviz Novruzlu 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Xocavəndin, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə kəşfiyyatçı-qumbaraatan olaraq vuruşmuşdur. Pərviz Novruzlu 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.      

***

           Xəzri Sarıyev 2000-ci il oktyabrın 15-də Saatlı rayonunun Orta Muğan kəndində anadan olub. Subay idi.

       Azərbaycan Ordusunun əsgəri olan Xəzri Sarıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Xəzri Sarıyev sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. Saatlı rayonunda dəfn olunub.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: