18.10.2024

“İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısı”

[18:55, 12.10.2024] +994 51 772 89 06: Şəhid Orucov Xalid Saleh 1996-cı il avqustun 7-də Neftçala rayonu, Aşağı Surra kəndində anadan olmuşdur. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.
Azərbaycan Ordusunun leytenantı olan Xalid Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və şəhidlik zirvəsinə ucalmışdır. Xalid Orucov oktyabrın 13-də Neftçala rayonu, Aşağı Surra kənd qəbirstanlığında dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Orucov Xalid Saleh oğlu ölümündən sonra «Vətən uğrunda» medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən «İgidliyə görə» medalı və «Xocavəndin azad olunmasına görə» medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şəhid Orucov Xalid Saleh oğlu ölümündən sonra 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsi və “Qocalar Döyüşə Gedir” qrupu adından ailəsinə və yaxınlarına səbr diləyirik.
Mübariz Eldar oğlu — AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Veteran.az” qəzetinin Şirvan-Salyan regional muxbiri.
[19:30, 12.10.2024] +994 51 772 89 06: 13 oktyabr 2020 *
“İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısı”
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
AVMVİB Neftçal Şöbəsi İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısı təqdim edir.
Müharibənin 17 — ci günü
Mübariz Eldar oğlu, AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Vetran.az” qəzetinin Şirvan-Salyan regional muxbiri.


      ŞƏHİD Hüseynov Mübariz Pəncəli oğlu 13.10.1965 - ci il tarixində Neftçala rayon Yuxarı Qaramanlı kəndində anadan olmuşdur 
    ŞƏHİD Hüseynov Mübariz Pəncəli oğlu  Vətənin dar günündə könüllü olaraq Milli Ordu sıralarına qoşulmuş,  (M/N – 703 saylı H/hissə ) və cəbhənin ön xəttində xidmətə başlamışdır. 
    ŞƏHİD Hüseynov Mübariz Pəncəli oğlu   04.05.1994- cü ildə Ağdərə rayonu ətrafında gedən döyüşlərdə, döyüş əmirini yerinə yetirərkən Şəhid olmuşdur. Məzarı Neftçala şəhər qəbristanlığında dəfin olunub.
    ŞƏHİD Hüseynov Mübariz Pəncəli oğlunun müqəddəs ruhu şaddır , Çünki onların qanı tökülən torpaqlarda Azərbaycanın şanlı Bayrağı dalğalanır.   

           Şəhid Orucov Xalid Saleh 1996-cı il avqustun 7-də Neftçala rayonu, Aşağı Surra kəndində anadan olmuşdur. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.
       Azərbaycan Ordusunun leytenantı olan Xalid Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və şəhidlik zirvəsinə ucalmışdır. Xalid Orucov oktyabrın 13-də Neftçala rayonu, Aşağı Surra kənd qəbirstanlığında dəfn olunmuşdur.
      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Orucov Xalid Saleh oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı  və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şəhid Orucov Xalid Saleh oğlu ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.   

           Samir Adəm oğlu Abbasov 2001-ci il avqustun 24-də Şabran rayonu Uzunboyad kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.
      Samir Vətən müharibəsində igidlik göstərərək Talış kəndi və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 13 oktyabrda Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.  

          Şəhriyar Abdullayev 1987-ci il martın 2-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub.  Ailəli idi. 2 qızı yadigar qaldı.
        Azərbaycan Ordusunun kiçik giziri olan Şəhriyar Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və      Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəhriyar Abdullayev oktyabrın 13-də Hadrut döyüşləri zamanı şəhid olub. Daşkəsən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. 

        Taleh Abdullayev 1993-cü il fevralın 8-də Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 1999-2010-cu illərdə Z.Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbində təhsil alıb.
     Taleh Abdullayev 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət edirdi.
      Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Taleh Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Taleh Abdullayev oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Yuxarı Salahlı kəndində torpağa tapşırılıb.    

           Ağamməd Ağamalıyev 16 noyabr 1990-cı ildə Samux rayonunun Füzuli kəndində anadan olmuşdur. Füzuli kəndindəki tam orta məktəbə daxil olmuşdur və həmin məktəbi bitirmişdir.
      Azərbaycan Ordusunun əsgəri olan Ağamməd Ağamalıyev 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində qismən səfərbərlik çağırışına qatılmışdır. Ağamməd Ağamalıyev 13 oktyabr 2020-ci ildə Füzuli döyüşləri zamanı şəhid olmuşdur.    

          Ramil Ağayev 20 sentyabr 1994-cü ildə Sabirabad rayonunda anadan olub. Ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində alıb. Digah Ərazi nümayəndəliyində müdür müavini vəzifəsində, daha sonra isə Abşeron Rayon İcra Hakimiyyətində   Tikinti-Memarlıq şöbəsində baş mütəxəssis vəzifəsində işləyirdi. Ailəli olan qəhrəmanımızın Firuzə adında 10 aylıq körpəsi var.

Azərbaycan Ordusunun əsgəri olan Ramil Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Ağayev oktyabrın 13-də Hadrut döyüşləri zamanı şəhid olub. Doğulduğu Sabirabad dəfn olunmuşdur.


           Ruslan Cəfərli 1995-ci il mayın 25-də Mingəçevir şəhərində anadan olub. Ruslan Cəfərli 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
     Azərbaycan Ordusunun əsgəri olan Ruslan Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Cəfərli oktyabrın 13-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub.  

                Dostuyev Elçin Murad oğlu 1 aprel 2001-ci ildə Samux rayonunun Köbər kəndində dünyaya gəlib.
         Təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Azərbaycan torpaqlarının ermənistan işğalından azad olunması uğrunda Vətən müharibəsi başlanan zaman döyüşlərdə iştirak edib.
        13 oktyabr 2020-ci ildə qəhrəmancasına döyüşərək şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

            Niyazi İsgəndərov 1982-ci il oktyabrın 13-də Mingəçevir şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı.
            Azərbaycan Ordusunun çavuşu olan Niyazi İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Niyazi İsgəndərov noyabrın 8-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.  

            Novruz İsmayılov 1987-ci il oktyabrın 13-də Daşkəsən şəhərində anadan olub.
       Azərbaycan Ordusunun giziri olan Novruz İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Novruz İsmayılov oktyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. 

               Rəşid Mədinov 24 aprel 1996-cı ildə Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində dünyaya göz açıb. Əslən Qubanın Qrız kəndindəndir. Qrızlar çoxsaylı Qafqaz xalqlarından biridir. Subay idi. 
    2002-ci ildə Nazim İsayev adına tam orta məktəbin I sinifinə gedən Rəşid 2012-ci ilə 10-cu sinifi bitirəndən sonra kolleclərə qəbul imtahanında iştirak edir və 2012-ci ildə Bakı Dövlət Sosial-İqtisadi Kollecinin "Bank işi" ixtisasına qəbul olunur. 2015-ci ildə kolleci bitirib. Kollecdə oxuduğu illər ərzində təhsilindən əlavə işləyərək öz xərclərini çıxarmağa çalışan Rəşidin həm də klasssik ədəbiyyat və dünya coğrafiyasına böyük marağı olub.
       2015-ci ilin iyulunda həqiqi hərbi xidmətə gedən Rəşid 3 ay Gəncədə qaldıqdan sonra xidmətini Murovdağda davam etdirir. Xidməti ərzində 2017-ci ilin əvvəllərində həqiqi hərbi xidmətdən tərxis olunur. Rəşidin hərbi xidmət dövrü şanlı Aprel döyüşlərinə təsadüf edir. Bu döyüşlərdə Murovdağda baş artilleriya atıcısı olaraq düşmənə qan uddurur. Döyüşlərdə böyük qəhrəmanlıqlar göstərən Rəşid 3 tərifnamə və 3 fərqlənmə diplomu ilə təltif olunub.
      Azərbaycan Ordusunun əsgəri olan Rəşid Mədinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.  Müharibə zamanı baş atıcı kimi hərbi xidmətini yerinə yetirib. Murovdağ uğrunda gedən döyüşlərdə, daha sonra isə Füzuli uğrunda gedən döyüşlərdə artilleriya bölmələrinin tərkibində böyük qəhrəmanlıqlar göstərib. Vətən müharibəsinin 16-cı günü Şəhidlik zirvəsinə yüksəlib.     

           Əşrəf Məmmədli 1999-cu il sentyabrın 15-də İsmayıllı rayonunun Maçaxı kəndində anadan olub. 2005-2009-cu illərdə Maçaxı kənd tam orta məktəbində, 2009-2014-cü illərdə Tircan kənd tam orta məktəbində təhsil alıb. 2014-2017-ci illərdə isə Abşeron Ceyranbatan Peşə Liseyində "təmirçi-çilingər" ixtisası üzrə təhsil alıb. Subay idi.
      Əşrəf Məmmədli 2018-2019-cu illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ilin noyabr ayından isə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.
      Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Əşrəf Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əşrəf Məmmədli oktyabrın 17-də Cəbrayıl döyüşləri zamanı Səyyad Şıxıyev və Aşur Cəmiyev ilə birgə şəhid olub.  İsmayıllı rayonunun Maçaxı kəndində dəfn olunub. 

         Ehtiram Məmmədov  13.10.1995-ci ildə Goranboy rayonu Muzdurlar kəndində anadan olub.
        Azərbaycan Ordusunun əsgəri olan Ehtiram Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi tuşlayıcı operator kimi hərbi xidmətini yerinə yetirib. Talış Suqovuşan istiqamətində döyüş yolu keçib. 03.10.2020-ci ildə Talış Suqovuşan istiqamətində döyüşlər nəticəsində şəhid olub.

.
Əslən Masallı rayonunun Təzə Alvadı kəndindən olan Vüsal Musayev 12 iyun 1996-cı ildə Xırdalan şəhərində anadan olub. 2002-2013-cü illərdə Xırdalan şəhər 1 saylı tam orta məktəbdə təhsil alıb.
2014-cü ilin ikinci yarsından həqiqi hərbi xidmətə Naxçıvanda başlayıb. Kəşfiyyatçılar üçün təlimləri yüksək nəticələrlə başa vurub. Sonralar xidmətini düşmənlə sərhəddə yerləşən «N» saylı hissədə davam etdirib. Kəşfiyatçı kimi Vətənə xidmət borcunu şərəflə yerinə yetirən Vüsal ordudan tərxis olunandan sonra bir müddət Bakıda mobil telefonların satışı mağazasında çalışıb.2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşləri zamanı könüllü səfərbərlik qeydiyyatına yazılmışdı. 21 sentyabr 2020-ci ildə səfərbərliyə çağırılıb və bir neçə günlük hərbi təlim toplantısından sonra Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərə qatılıb. Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərərək düşmənin canlı qüvvəsini və texnikasını məhv edib. Vüsal Musayev 13 oktyabrda Ərgünəş dağında şəhid olmuşdur. Xırdalan şəhərində Şəhidlər xiyabanında dəfn olunub.


        Rəşad Şəfiyev 13 oktyabr 1991-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1997-2010-cu illərdə Molla Pənah Vaqif adına 8 nömrəli orta məktəbdə orta təhsil almışdır. Ailəli idi. 2 övladı var.

Rəşad Şəfiyev 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. 2019-cu ilin iyul ayından Fövqəladə Hallar Nazirliyinin «N» saylı hərbi hissəsində xidmətə başlamışdır.
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əsgəri olan Rəşad Şəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı axtarış-xilasetmə çalışmalarında iştirak etmişdir. 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması zamanı axtarış-xilasetmə əməliyyatlarında iştirak etmişdir. 27 oktyabr 2020-ci il tarixində Bərdənin raket atəşinə tutulmasından sonra oradakı axtarış-xilasetmə əməliyyatlarına qatılmışdır. Rəşad Şəfiyev 28 oktyabr 2020-ci il tarixində Bərdənin növbəti dəfə raket atəşinə tutulması nəticəsində aldığı yaralardan şəhid olmuşdur. 29 oktyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: