18.10.2024

ŞƏHİD QANI AXMAYAN TORPAQDAN VƏTƏN OLMAZ

Şəhid Orucov Xalid Saleh 1996-cı il avqustun 7-də Neftçala rayonu, Aşağı Surra kəndində anadan olmuşdur. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.
Azərbaycan Ordusunun leytenantı olan Xalid Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və şəhidlik zirvəsinə ucalmışdır. Xalid Orucov oktyabrın 13-də Neftçala rayonu, Aşağı Surra kənd qəbirstanlığında dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Orucov Xalid Saleh oğlu ölümündən sonra «Vətən uğrunda» medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən «İgidliyə görə» medalı və «Xocavəndin azad olunmasına görə» medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şəhid Orucov Xalid Saleh oğlu ölümündən sonra 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsi və “Qocalar Döyüşə Gedir” qrupu adından ailəsinə və yaxınlarına səbr diləyirik.
Mübariz Eldar oğlu — AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Veteran.az” qəzetinin Şirvan-Salyan regional muxbiri.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: