14.12.2024

ŞƏHİD QANI AXMAYAN TORPAQDAN VƏTƏN OLMAZ

Bu gün Azərbaycan Vətən övladının Neftçala rayonunun Qəhramanı ŞƏHİD Hüseynov Mübariz Pəncəli oğlunun Doğum Günüdür,
“CƏNNƏT MÖVLUDLARI MÜBARƏK ”
ŞƏHİD Hüseynov Mübariz Pəncəli oğlu 13.10.1965 — ci il tarixində Neftçala rayon Yuxarı Qaramanlı kəndində anadan olmuşdur
ŞƏHİD Hüseynov Mübariz Pəncəli oğlu Vətənin dar günündə könüllü olaraq Milli Ordu sıralarına qoşulmuş, (M/N – 703 saylı H/hissə ) və cəbhənin ön xəttində xidmətə başlamışdır.
ŞƏHİD Hüseynov Mübariz Pəncəli oğlu 04.05.1994- cü ildə Ağdərə rayonu ətrafında gedən döyüşlərdə, döyüş əmirini yerinə yetirərkən Şəhid olmuşdur. Məzarı Neftçala şəhər qəbristanlığında dəfin olunub.
ŞƏHİD Hüseynov Mübariz Pəncəli oğlunun müqəddəs ruhu şaddır , Çünki onların qanı tökülən torpaqlarda Azərbaycanın şanlı Bayrağı dalğalanır.
Allah bütün Şəhidlərin Ruhunu Şad eləsin Amin !!!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı və “Qocalar Döyüşə Gedir” qrupu adından şəhid ailələri «Başın sağolsun, Vətən» deyib Şəhid ailələrinə səbr diləyirik.
Mübariz Eldar oğlu, AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Veteran.az” qəzetinin Şirvan-Salyan regional muxbiri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: