18.10.2024

Azərbaycan Milli Ordusunun ilk hərbi hissəsinin yaradılmasının 33-cü ildönümü qeyd olunub — FOTOLAR

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun ilk təməl daşı olan 18110 saylı ilk hərbi hissənin (sonradan 701 saylı briqadanın) yaradılmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib. Oktyabrın 9-u Azərbaycan Milli Ordusunun müasir hərb tarixinə şərəfli səhifələr yazan 701 saylı ilk hərbi hissənin yaradıldığı gündür. Tədbir Bakı Şəhidlər Xiyabanında şəhidlərimizin məzarlarını ziyarəti ilə başlandı və “Əbədi məşəl” abidəsinin önünə əklili qoyuldu.

Tədbirdə 701 saylı hərbi hissənin müharibə veteranları, zabitləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbər şəxsləri, üzvüləri, qazilər, veteranlar, hərbi hissənin köhnə döyüşçüləri iştirak edirdilər. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, 701 saylı hərbi hissənin sabiq komandiri, hərbi hissənin müharibə veteranları şurasının sədri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə, polkovnik-leytenant Aydın Şiriyev, polkovnik Bəhram Ləzimov çıxış edərək hərbi hissənin yaranma tarixindən, keçdiyi şanlı döyüş yolundan danışıb.

Bildirlib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə formalaşan ilk hərbi birləşmə — 701 saylı hərbi hissə 1991-ci il oktyabrın 9-da Şıx qəsəbəsində sovet ordusuna məxsus 18110 saylı hərbi hissənin əsasında yaradılıb və Qarabağda döyüşlərə başlayıb. 18110 saylı hərbi hissə ilk döyüşünü 1991-ci il dekabrın 11-də Kərkicahan kəndi uğrunda aparıb. 1992-ci il yanvarın 8-də isə “Daşaltı” əməliyyatında iştirak edərək 85 nəfər şəhid verib, çoxlu sayda əsgər və zabiti isə yaralanıb. 701 saylı briqada Qarabağ müharibəsində bütün döyüş əməliyyatlarında ən gərgin nöqtələrdə düşmənə qarşı igidliklə vuruşub. Hərbi hissənin əsas özəyini vaxtilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunları təşkil ediblər. Sonralar Müdafiə nazirinin əmri ilə 18110 saylı hərbi hissə 701 saylı briqada adlandırılıb.

AVMVİB Mətbuat xidməti
Yeganə Telmanqızı

Whats-App-Image-2024-10-09-at-17-29-25-1

Whats-App-Image-2024-10-09-at-17-29-18

Whats-App-Image-2024-10-09-at-17-29-19

Whats-App-Image-2024-10-09-at-17-29-19-1

Whats-App-Image-2024-10-09-at-17-29-19-2

Whats-App-Image-2024-10-09-at-17-29-21

Whats-App-Image-2024-10-09-at-17-29-21-1

Whats-App-Image-2024-10-09-at-17-29-23

Whats-App-Image-2024-10-09-at-17-29-23-1

Whats-App-Image-2024-10-09-at-17-29-24

Whats-App-Image-2024-10-09-at-17-29-25

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: