ŞƏHİD QANI AXMAYAN TORPAQDAN VƏTƏN OLMAZ
Allah Şəhidlərin Ruhunu Şad eləsin Amin !!! Bu gün Azərbaycan Vətən övladının Neftçala rayonunun Qəhramanı ŞƏHİD Göyçayev Ayaz Abbas oğlunun Doğum Günüdür, “CƏNNƏT MÖVLUDLARI MÜBARƏK ” ŞƏHİD Göyçayev Ayaz Abbas oğlu 08.10.1973-cü il tarixində Neftçala rayon Qaraqaşı kəndində anadan olmuşdur ŞƏHİD Göyçayev Ayaz Abbas oğlu Vətənin dar günündə könüllü olaraq Milli Ordu sıralarına qoşulmuş, (M/N – 708 saylı H/hissə ) və cəbhənin ön xəttində xidmətə başlamışdır. ŞƏHİD Göyçayev Ayaz Abbas oğlu 26.12.1993- cü ildə Mərzəli ətrafında gedən döyüşlərdə, döyüş əmirini yerinə yetirərkən Şəhid olmuşdur. Məzarı bilinmir İtkin şəhidlər sırasındadır. ŞƏHİD Göyçayev Ayaz Abbas oğlunun müqəddəs ruhu şaddır , Çünki onların qanı tökülən torpaqlarda Azərbaycanın şanlı Bayrağı dalğalanır. Allah bütün Şəhidlərin Ruhunu Şad eləsin Amin !!! Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı və “Qocalar Döyüşə Gedir” qrupu adından şəhid ailələri «Başın sağolsun, Vətən» deyib Şəhid ailələrinə səbr diləyirik.
Mübariz Eldar oğlu, AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Vetran.az” qəzetinin Şirvan-Salyan regional muxbiri