18.10.2024

** ŞƏHİD QANI AXMAYAN TORPAQDAN VƏTƏN OLMAZ **

Bəhruz Nəcəfov 9 mart 1996-cı il tarixində Neftçala rayonu İkinci Qaralı kəndində anadan olmuşdurBəhruz Nəcəfov 9 mart 1996-cı il tarixində Neftçala rayonu İkinci Qaralı kəndində anadan olmuşdur. 2003-cü ildə Neftçala rayon Qaralı rayon kənd məktəbində 1-ci sinfə başlamışdır. 2011-ci ildə həmin məktəbin məzunu olmuşdur. Bəhruz 2011-ci ildə Oryad qəsəbəsində peşə məktəbində təhsilini davam etdirmişdir. 2013-cü ilin iyun ayında peşə məktəbini bitirmişdir. Bəhruz Nəcəfov 2013-cü ildə Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. 2016-cı ilin yanvar ayında isə hərbi xidmətini bitirmişdir. 29 sentyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı hərbi səfərbərliyə çağırılaraq, müharibədə iştirak etmişdir. Bəhruz Nəcəfov 8 oktyabr 2020-ci il tarixində Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşlərdə vuruşaraq şəhid olmuşdur. 9 oktyabr 2020-ci ildə Neftçala rayon Qaralı kəndində dəfn olunmuşdur. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsi və “Qocalar Döyüşə Gedir” qrupu adından ailəsinə və yaxınlarına səbr diləyirik.

Mübariz Eldar oğlu — AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Vetran.az” qəzetinin Şirvan-Salyan regional muxbiri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: