18.10.2024

ŞƏHİD QANI AXMAYAN TORPAQDAN VƏTƏN OLMAZ

Whats-App-Image-2024-10-06-at-08-19-51

Allah Şəhidlərin Ruhunu Şad eləsin Amin !!!
Şəhid Süleymanov Rauf Allahverdi oğlu 1987-ci il mayın 29-da Neftçala rayonunun Abasallı kəndində anadan olub. 1994-2005-ci illərdə Abasallı kənd tam orta məktəbində təhsil alıb. Rauf Süleymanov 2005-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2007-ci ildən isə Daxili Qoşunların sıralarında xidmət edib.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş giziri olan Rauf Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Rauf Süleymanov Füzuli döyüşləri zamanı 05.10.2020-ci il tarixində şəhidlik zirvəsiznə ucalıb. 06.10.2020-ci il tarixində Neftçala rayonu, Abasallı kənd qəbirstanlığında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Süleymanov Rauf Allahverdi oğlu ölümündən sonra «Vətən uğrunda» medalı ilə və 24.12.2020-ci il tarixli Sərəncamına əsasən «Cəbrayılın azad olunmasına görə» medalı ilə təltif edilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsi və “Qocalar Döyüşə Gedir” qrupu adından ailəsinə və yaxınlarına səbr diləyirik.

Whats-App-Image-2024-10-06-at-08-24-34

Şəhid Kərimli Məhəmməd Məzahim oğlu 16 dekabr 2000-ci ildə Neftçala rayonunda anadan olmuşdur. 2007-ci ildə Neftçala rayonu Elton Həbibov adına 4 saylı tam orta məktəbində 1-ci sinifə daxil olmuşdur. Məhəmməd uşaq yaşlarından şahmat, güləş, boks və basketbolla məşğul olmuş və hər birindən müxtəlif dərəcələr almışdır. 2016-cı ildə Bakı şəhəri Bakı Qida Sənayesi kollecinin ət və süd məhsullarının texnologiyası fakültəsinə daxil olmuşdur. 2020-ci ildə isə həmin kollecdən məzun olmuşdur.
Məhəmməd Kərimli 23 iyul 2020-ci il tarixində hərbi xidmətə yollanmışdır. Xidmətdə olarkən Xüsusi Təyinatlı Qüvvələrə seçilərək xidmətini kəşfiyyatçı olaraq davam etdirmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Füzuli, Xocavənd və Murovdağ döyüşlərində yaxından iştirak etmişdir. Məhəmməd Kərimli sentyabrın 30-da Murovdağ uğrunda gedən döyüşlərdə qəhramancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır. Şəhid Kərimli Məhəmməd Məzahim oğlu 06 oktyabr 2020-ci il tarixində Neftçala rayon Mərkəzi Qəbirstanlığında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Kərimli Məhəmməd Məzahim oğlu ölümündən sonra «Vətən uğrunda» medalı ilə, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən «Cəsür döyüşçü» medalı, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən «Xocavəndin azad olunmasına görə» və «Kəlbəcərin azad olunmasına görə» medalları ilə və Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə nazirinin 0218t №-li 28.12.2020-ci il tarixli Sərəncamına əsasən «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şəhid Kərimli Məhəmməd Məzahim oğlu ölümündən sonra «Azərbaycan Bayrağı» ordeni ilə və «Cəbrayılın azad olunmasına görə» medalı təltif edilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsi və “Qocalar Döyüşə Gedir” qrupu adından ailəsinə və yaxınlarına səbr diləyirik.

Whats-App-Image-2024-10-06-at-08-31-35

Şəhid Xəlilov Coşqun Mikayıl oğlu 1998-ci il oktyabrın 29-da Neftçala rayonu, Xol Qaraqaşlı kəndində anadan olub. 2004-cü ildə Neftçala rayonu Qismət Nuralıyev adına Xol Qaraqaşlı kənd tam orta məktəbinə qəbul edilib. 2015-ci ildə həmin məktəbin məzunu olub. Elə həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olub. 2019-cu ildə leytenant rütbəsi alaraq Beyləqan rayonundakı N saylı hərbi hissədə əmək fəaliyyətinə başlayır. Xidməti dövründə 3 dəfə fəxri fərmanla təltif olunmuşdur.
Azərbaycan Ordusunun leytenantı olan Coşqun Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Coşqun Xəlilov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. 06.10.2020-ci il tarixində Neftçala rayonu, Xol Qaraqaşlı kənd qəbirstanlığında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Xəlilov Coşqun Mikayıl oğlu ölümündən sonra «Vətən uğrunda» medalı ilə və 25.12.2020-ci il tarixli Sərəncamına əsasən «Füzulinin azad olunmasına görə» medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şəhid Xəlilov Coşqun Mikayıl oğlu ölümündən sonra «Cəsur döyüşçü» medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şəhid Xəlilov Coşqun Mikayıl oğlu ölümündən sonra 3-cü dərəcəli «Rəşadət» ordeni ilə təltif edilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsi və “Qocalar Döyüşə Gedir” qrupu adından ailəsinə və yaxınlarına səbr diləyirik.
Mübariz Eldar oğlu — AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Vetran.az” qəzetinin Şirvan-Salyan regional muxbiri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: