21.11.2024

Gəncədə “Müharibə veteranlarının hüquqi maarifləndirilməsi” layihəsi çərçivəsində görüş keçirilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Gəncə şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Müharibə veteranlarının hüquqi maarifləndirilməsi” layihəsi çərçivəsində bir qrup müharibə iştirakçıları ilə görüş keçirilib.

Veteran.az xəbər verir ki, görüşdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyininin təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov, AVMVİB sədrinin müavini Qurban Osmanov, Gəncə şəhər şöbəsinin sədri Bəyanət Qasımov, müharibə veteranları və qazilər iştirak edirdilər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyininin təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov tədbir iştirakçılarını məlumatlandıraraq bildirdi ki, layihənin əsas məqsədi veteran problemlərinin əsas aspektləri və bu problemlərin həlli yolları ilə bağlı maarifləndirməkdən ibarətdir. Bundan başqa biz müharibə veteranlarını hüquqi cəhətdən maarifləndirmək, problemlərin həllində onlara yardımçı olmaq, veteranların birgə səyilə problemləri üzə çıxarmağın yollarını araşdırmağı qarşıya məqsəd kimi qoymuşuq.

Görüşdə müharibə iştirakçılarını maraqlandıran suallar cavablandırıldı, bu günə kimi veteran vəsiqəsi ala bilməyən keçmiş döyüşçülərə veteran vəsiqəsinin alınması üçün lazımi sənədlərin toplanılmasında köməkliklər göstərildi.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: