16.09.2024

Təbrik: Teymuraz Mansurov — 49

Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Sumqayıt şəhər şöbəsinin sədri Mansurov Teymuraz Qebyullah oğlunun doğum günüdür. Onun 49 yaşı tamam olur.

Mansurov Teymuraz Qebyullah oğlu 1975-ci ilin avqust ayının 1-də Qərbi Azərbaycanın Çəmbərək rayonunun Əmirxeyir kəndində dünyaya göz açıb. 1992-ci ildə Sumqayıt şəhər 28 saylı (hazırda Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adını daşıyır) tam orta məktəbi, 2000-ci ildə isə Sumqayıt Dövlət Universitetini bitirib. 1993-1994-cü illərdə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Dəstəsinin tərkibində Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam və Ağdərə rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Ağdam və Ağdərə rayonlarının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iki dəfə ağır yaralanan Teymuraz Mansurov I qrup müharibə əlilidir. Teymuraz Mansurov hər iki müharibəni öz həyatında yaşamış müharibə veteranlarmızdandır.Onun müharibə əlilliyi 44 günlük Vətən müharibəsindən kənarda qalmasına mane olmadı. O, ilk günlərdən son günə dək əsgərlərmizin yanında olub. Teymuraz Mansurov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri vəzifəsində olduğu illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, «Azərbaycan Vətən Müharibəsi Veteranları» İctimai Birliyinin nizamnaməsinin tələblərinin yerinə yetirilməsi üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirir. Hərbi və İctimai vəzifələrin icrasına məsuliyyətlə yaşadığına görə Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, Azərbaycan Ordusunun Korpus və hərbı hissə komandirlərinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin müvafiq əmrlərinə əsasən döş nişanları və Fəxri fərmanlar və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təsis etdiyi aşağıdakı xatirə medaları ilə təltif edilib:
1. «Böyük Zəfər» medali ilə;
2. «Müharibə Veteranı» medalı ilə;
3. «Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin 25 illiyi» yubiley medalı ilə;
4. «Silahlı Qüvvələrin yaranmasının (1918- 2018) 100 iliyi» yubley medaları ilə.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, döyüş dostları və iş yoldaşları, həmçinin ailəsi və yaxınları Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Sumqayıt şəhər şöbəsinin sədri Mansurov Teymuraz Qebyullah oğlunu doğum güün münasibəti ilə təbrik edir, ona uzun ömür arzulayır.

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: