08.09.2024

AVMVİB rəhbərliyi bu dəfə Xankəndi şəhərinə səfər etmişdir

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi respublikanın regionlarına silsilə səfərlərini davam etdirir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) səfəri bu dəfə Xankəndi, Ağdərə, Xocalı və Ağdam şəhərlərinə olmuşdur.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanovun saytımıza verdiyi məlumata görə, təşkilatın nümayəndə heyəti AVMVİB-in sədri Füzuli Rzaquliyevin rəhbərliyi altında Qarabağa səfər etmişdir.

Səfər çərçivəsində AVMVİB-in sədri Füzuli Rzaquliyev, AVMVİB-in təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov, AVMVİB Xocalı-Xankəndi şöbələrinin sədri Ramiz Ağayev Azərbaycan Respublikası Prezidentinin Xankəndi, Ağdərə və Xocalı üzrə xüsusi nümayəndəsinin müavini ilə görüşmüş, təşkilatın yerli şöbəsinin ofislə təmin olunması və digər zəruri məsələlər müzakirə edilmişdir.

Səfərin məqsədi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) nizamnaməsinə uyğun olaraq, işğaldan azad olunmuş rayonlarda təşkilatın şöbələrinin fəaliyyətini bərpa etmək, qarşıya çıxan problemlərlə yerində tanış olmaq və onların həllinə nail olmaqdır.

AVMVİB Mətbuat xidməti

dC0ajSe.md.jpg
dC0aSVV.md.jpg
dC0a8oQ.md.jpg
dC0ahl9.md.jpg
dC0aXK7.md.jpg
dC0aUiB.md.jpg
dC0aeNj.md.jpg
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: