08.09.2024

Pakistan səfiri AVMVİB üzvünü Fəxri Fərmanla təltif etdi

Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin “Dədə Qorqud” Milli Fondu tərəfindən “Qızıl ürək” ordeni ilə təltif edilməsi və “Azərbaycan dünyası” dərgisinin Pakistanın Milli gününə həsr olunmuş “Salam, Pakistan” adlı xüsusi nömrəsinin təqdimatı keçirilmişdir.

“Qızıl ürək” ordeni “Dədə Qorqud” Milli Fondunun rəhbəri və «Azərbaycan Dünyası» beynəlxalq dərgisinin baş redaktoru və təsisçisi Eldar İsmayıl tərəfindən təqdim edilmişdir

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Altay Babaşov və AVMVİB Gənclərlə iş şöbəsinin müdiri Həsən Əliyev də iştirak etmişdir.

Tədbir çərçivəsində çıxış edən Altay Babaşov Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrindən danışmışdır. Sonda Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Hayen Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Altay Babaşovu Fəxri Fərmanla təltif etmişdir.

AVMVİB Mətbuat xidməti

Whats-App-Image-2024-06-29-at-11-41-57

Whats-App-Image-2024-06-29-at-11-41-57-1

Whats-App-Image-2024-06-29-at-11-41-57-2

Whats-App-Image-2024-06-29-at-11-41-57-3

Whats-App-Image-2024-06-29-at-11-41-58

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: