ŞƏHİDLİK VƏ QAZİLİK
İnsanlar üçün ən dəyərli şey öz canıdır. Xalqımız üçün candan daha əziz bir şey var, o da vətəndir, onun uğrunda şəhidlik və qazilikdir.
Dini, vətəni, milləti və dövləti üçün savaşan və həyatda qalmağı bacaran şəxslərə qazi, bu yolda canından keçən şəxsə isə şəhid deyilir.
Şəhidlər və qazilər qorxmadan, heç bir təhlükəyə göz qırpmadan, ölüm bahasına müqəddəs dəyərlərimiz uğrunda döyüşmüşlər, düşmənlə savaşmışlar, ölkəmizin müstəqilliyi, bölünməzliyi və millətimizin azadlığı üçün öz canlarını ortaya qoymuşlar.
Din, vətən, millət və müstəqillik uğrunda şəhid şərbətini içənlər və bu ölümlə dünyadan köçənlər, ölməklə ölməzlər, Allah yanında Peyğəmbərdən sonra ən yüksək sırada bəxtiyardırlar. Onları bizdən ayırdıqları üçün öldü sanarıq. Ancaq onlar ölü deyillər. Mahiyyətini bilmədiyimiz bir həyatda yaşayarlar. Allah- Təala «Bəqərə» surəsinin 154-cü ayəsində: «Allah yolunda öldürülənləri ölü adlandırmayın. Əksinə, onlar diridirlər, amma siz başa düşə bilmirsiniz”-buyurmaqdadır.
Ali-İmran surəsinin 169-170. ayələrində: «Allah yolunda öldürülənləri ölü saymayın. Əksinə, onlar diridirlər. Allahın lütfü və kərəmiylə onlara verilən rızıklara mazhar olmaqdadırlar. Onların ardınca gələn və hələ onlara qoşulmamış şəhid qardaşlarına heç bir kədər və qorxu olmadığının müjdəsinin sevincini duymaqdadırlar”.
Hörmətli Peyğəmbərimiz Məhəmməd (s.a.v.) bir hədisi şərifində, Uhud şəhidləri haqqında ,,Uhud şəhidlərinin ruhları, Uca Allah onları bəzi yaşıl quşların arasına qoymuşdur. Onlar cənnət çaylarından içirlər, meyvə yeyirlər, sonra bu quşlar ərşin kölgəsindən asılan qızıl qəndillərə qonub oxuyarlar. Şəhid ruhları indi belə xoşbəxtdirlər və «Dünyadakı qardaşlarımıza bu məlumatı kim versin ki, onlar cihaddan çəkinməsinlər deyirlər»-deyə buyurmuşdur.
Sevimli Peyğəmbərimizin (s.a.v.) bir hədisi şərifində deyilir: «Allah yolunda yaralanan hər kəs qiyamət günü yarasından qan axaraq gələrlər. Rəngi qan rəngi, ancaq qoxusu müşk qoxusu kimidir.”
Başqa bir hədisdə: “Cəhənnəm atəşinin yandıra bilmədiyi iki göz var. Biri Allahdan qorxduğu üçün ağlayan göz, digəri isə Əsgərin düşmənə qarşı gecə gözətini gözləyən gözdür» — deyə buyurmuşdur.
Sevimli Peyğəmbərimizin şəhidlik və qazilik haqqında dediyi bu hədislər şəhidlik və qaziliyin (veteranlığın) dəyərini ucaltdı. «Ölərsəm şəhid, qalarsam qazi”şüarının ortaya çıxmasına səbəb olub. Bu prinsipi çox yaxşı qəbul edən millətimiz övladını əsgərliyə göndərərkən, «Haydı, oğul, haydı get, ya qzai ol, ya şəhid» deməkdədir.
Mehmetçik orduya gedərək deyir:
“Yılmam ölümden, yaradan, askerim.
Orduma ‘gazi dedi, Peygamberim.
Bir dileğim var ölürüm isterim.
Âmin desin hep birden yiğitler,
Allahü Ekber gökten şehitler,
Âmin âmin Allahu ekber”-deyərək vətən müdafiəsinə
qalxmaqdadır».
«Zeytun budağı» əməliyyatının keçirildiyi bu günlərdə ölkəmizin müstəqilliyi və ayrılmaz bütövlüyü uğrunda şəhid olanlarımız var.
Əvvəldən bu din, bu dövlət, bu millət üçün qanını axıdan şəhid və qazilərimizi rəhmətlə və minnətlə anaq, millət olaraq onlara sayğı və hörmətdə qüsur etməyək.
Şanlarına layiq bir həyat sürmələri üçün Qazi və şəhid ailələrinə bir dövlət olaraq hər cür fürsətlər təqdim edək. Allah yolunda cihad edərək şəhid olanlara və cənnətdə peyğəmbərlərlə bərabər olanlara və axirətdə onlara şəfaət edəcək şəhid yaxınları nə xoşbəxtdirlər.
Ankaradan salam, sevgi, hörmət və dualarla,
Dursun Kaplan
2018-ci il
Redaksiyadan: Qazilər (Veteranlar) Günü barədə təkliflərinizi gözləyirik. Bu barədə yazılar hazırlayırıq.