18.10.2024

Rzayev Habil Mürvət oğlunun məzarı ziyarət edildi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü Rzayev Habil Mürvət oğlunun 7 mərasimi ilə əlaqədar onun qəbirüstü abidəsi ziyarət olunmuş, məzarı önünə gül-çiçək dəstələri düzülmüş, ruhuna dualar oxunmuşdur.

Qeyd edək ki, Rzayev Habil Mürvət oğlu 22.12.1973-cü ildə Beyləqan rayonunda anadan olmuşdur. Baş leytenant rütbəsi ilə Birinci Qarabağ döyüşlərində Beyləqan özünümüdagiə batalyonunun taqım komandiri kimi torpaqlarımızın müdafiəsində igidliklə döyüşmüşdür. Zenit artilleriyasının mütəxəssisi kimi döyüş yoldaşalrı arasında məşhur olan Habil Rzayev həm də gözəl ailə başçısı və əsil vətənpərvər insan olmuşdur.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, AVMVİB Beyləqan rayon şöbəsinin sədri və üzvləri Habil Rzayevin doğmalarına başsağılı verir, ailəsinə səbr arzulayır.

AVMVİB Mətbuat xidməti
Elçin Qədirov

Whats-App-Image-2024-06-14-at-13-55-49-1

Whats-App-Image-2024-06-14-at-13-55-49-2

Whats-App-Image-2024-06-14-at-13-55-52

987fv

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: