27.07.2024

Təbrik: Mehman Məmmədov — 66

Bu gün daha bir silahdaşımızın — Mehman Süleyman oğlu Məmmədovun doğum günüdür. Onun 66 yaşı tamam olur.

Mehman Məmmədov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Ağdaş rayon şöbəsi sədrinin müavini kimi təşkilatın bütün tədbirlərində faəl iştirak edir və birliyin üzvlərinin sosial məsələlərinin həlli istiqamətində aktiv çalışır. Məhz elə buna görədir ki, səmərəli fəaliyyətinə görə, Mehman Məmmədov bir neçə dəfə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev tərəfindən Fəxri Fərman ilə təltif edilmişdir.

Mehman Süleyman oğlu Məmmədov eyni zamanda pedaqoq kimi uzun müddət gənclərin cağirişaqədərk hərbi hazırlığı ilə məşğul olan ziyalılarımızdandır.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rəhbərliyi, həmçinin iş və döyüş yoldaşları Mehman Süleyman oğlu Məmmədovu doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür və möhkəm cansağlığı arzulayır!

AVMVİB Mətbuat xidməti

06cHT2

Whats-App-Image-2024-06-01-at-23-06-33-1

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: