15.10.2024

«Bankə qəhrəmanları» adlı tədbir keçirilmişdir

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi Neftçala rayon Mərkəzi Kitabxana Sistemi binasında “Bankə Qəhrəmanları” adlı toplantı keçirilmişdir. Tədbirin rəsmi hissəsini Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycanın Dövlət Himni səsləndirilməsi ilə başlanıb.
Tədbir çərçivəsində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Neftçala rayon şöbə sədri 1990-cı ildən bu günümüzə qədər igidlik göstərən Bankə qəhrəmanları barəsində danışmaq üçün kürsüyə dəvət olunmuşdur. Çıxış edən AVMVİB-nin Neftçala rayon şöbə sədri Mübariz Eldar oğlu Hüseynov ilk öncə bildirmişdir ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, müharibə veteranlarını öz ətrafında birləşdirən ictimai təşkilat kimi 1994-cü ildən fəaliyyət göstərir və hazırda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Fizuli Rzaquluyevdir. Onun rəhbərliyi ilə AVMVİB-nin sırasında 90 mindən çox üzv fəaliyyət göstərir. AVMVİB cəbhədən geri dönmüş kontingentlə fəal iş aparır və gənclərimizin cəmiyyətə adaptasiya olunması üçün əlindən gələnləri əsirgəmir. Bundan əlavə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi yarandığı gündən dövlətçiliyimizi, müdrük dövlət xadimi ümummilli lider Heydər Əliyevin və onun davamçısı, müzəffər ali baş komandan Prezident İlham Əliyevin siyasətini daim dəstəkləyən ictimai təşkilat kimi fəaliyyət göstərir.

Natiq çıxışında daha sonra vurğulamışdır ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi bir aparcı təşkilat olaraq gördüyü işlər, Azarbaycanda baş verən hadisələr və dünyada baş verən hadisər barəsində «Fədai.az», «Veteran.az» adlı internet mətubatında, o cümlədən «Veteran TV» internet televiziyasında yayımlanması barədə tədbir iştirakçılarına məlümat vermişdir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbə sədri Mübariz Hüseynov bildirdi ki, ƏƏSMN-nin verdiyi siyahi üzrə Bankə qəsəbəsində 25 şəhid, (onlardan 5 Şəhidimiz itkindir) 100 veteranı var.
Bankənin ilk şəhidi Gözəlov Əfsər Səttar oğlu 10.03.1992-cı ildə Ağdam rayonu ətrafında gedən döyüşlərdə, döyüş əmrini yerinə yetirərkən şəhid olmuşdur.
Hazırda Bankə qəsəbəsində Şəhidlərimizin xatirəsini əbədi yaddaşlarda saxlamaq məqsədi ilə, iki Şəhidlər kompleksi əhalinin istifadəsinə verilmişdir.
Bankə qsəbəsinin iki vətənsevər fəxri övladlarından olan Sarıoğlanları mağaza sahibləri Tahir və Böyükağa qardaşları və Qazaxstanda yaşayan Vidadi qardaşımız tərəfindən Şəhidlər kompleksi daha da abadlaşdırılmış, həmçinin gələcəyimiz olan uşaqları da düşünərək onlar üçün həmin parkda əyləncə mərkəzi quraşdırılmışdır. Bu işlərinə görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsi adındən Vidadi, Tahir və Böyükağa qardaşlarına TƏŞƏKKÜRÜMÜZÜ bildiririk.


Daha sonra natiq tədbiri təkşil edən Neftçala Mərkəzi Kitabxanasının idarə heyəti başda olmaqla Bankə 1 və 2 saylı kitab evinə və o cümlədən tədbirdə iştirak edən bütün qonaqlara Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Fizuli Rzaquluyevin salamını çatdırmışdır. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbəsi adından Neftçala Mərkəzi Kitabxanasına belə gözəl tədbir təşkil etdiyi üçün təşəkkür etmişdir. Tədbirin sonunda xatirə şəkli çəkilmişdir.

AVMVİB Mətbuat xidməti

Mübariz Hüseynov,
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsinin sədri

JZxnmvV.jpg JZxo9TP.jpg JZxnbYQ.jpg
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: