28.05.2024

AVMVİB İdarə Heyətinin geniş iclası keçirilmişdir

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mərkəzi ofisində Bakı və Bakı ətrafı rayon şöbə sədrlərinin iştirakı ilə AVMVİB İdarə Heyətinin geniş tərkibli iclası keçirilmişdir.


İclasın gündəliyində duran məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul olunmuşdur.

  1. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) qarşıdan gələn 30 illik yubileyi ilə əlaqədar 20 nəfərdən ibarət Təşkilat Komitəsi yaradıldı. Təşkilat Komitəsinə sədr Füzuli Rzaquliyev, müavin Vahid Abdurrəhmanov təyin olundu;
  2. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Suraxanı, Nərimanov, Çilov, Səbail, Nəsimi, Qaradağ, Nizami, Binəqədi, Nəsimi, Sabunçu, Yasamal, Qaradağ, Xətai, Xəzər, Binəqədi, Sumqayıt, Xocalı, Şuşa, Qubadlı, Xocavənd rayon şöbə sədrlərinin təklifi ilə təşkilatın mətbu orqanları olan «www.veteran.az», «www.fedai.az» media subyektlərinin və «Veteran TV» internet televiziyasının saxlanılması üçün aylıq üzvlük haqqı cari ilin iyun ayının 1-dən etibarən 20 manat müəyyən olunsun;
  3. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin İdarə Heyətinin qərarlarının icra olunmasında səhlənkarlıq nümayiş etdirən AVMVİB şöbə sədrlərinə xəbərdarlıq elan edilsin (siyahı növbəti günlərdə dərc olunacaq);
  4. Müharibə veteranlarının, müharibə əlillərinin sosial problemlərinin həlli məqsədi ilə aidiyyəti dövlət orqanlarına müraciətlər davam etdirilsin;
  5. Cari məsələlərdə təşkilatdaxili bir sıra məsələlər müzakirə olundu.

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: